DÜNYA


Qətər Qəzzadan olan 55 min ailəyə maliyyə yardımı göstərib

Bakı, 11 mart, AZƏRTAC

Qətər dövləti Qəzzadan olan 55 min ailənin hər birinə yüz dollar olmaqla maliyyə yardımı göstərib.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, yardımın Qəzza əhalisinə banklar vasitəsilə çatdırılacağı bildirilib.

Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında Qətər hökuməti Qəzza əhalisinə 150 milyon dollarlıq humanitar yardım göndərmişdi. Bu il yanvarın 28-də isə rəsmi Doha Qəzzada humanitar problemlərin həlli üçün BMT-yə 20 milyon dollar ayırmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.