İQTİSADİYYAT


Qeydiyyatda olan kommersiya hüquqi şəxslərin 89,3 faizi MMC formasında yaradılıb

Bakı, 11 avqust, AZƏRTAC

Bu il avqust ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 89,3 faizi məhdud məsuliyyətli cəmiyyət, 1,4 faizi səhmdar cəmiyyət, 1,2 faizi kooperativ və sair formalarda yaradılıb.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, həmin müddətdə 18 min 959 xarici investisiyalı kommersiya qurumu dövlət qeydiyyatından keçib, ötən illə müqayisədə fəaliyyəti aktiv xarici investisiyalı kommersiya qurumlarının sayı 21,5 faiz çoxalıb.

Cari ilin 7 ayı ərzində fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,1 faiz, fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı isə 15,3 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.