İQTİSADİYYAT


Qeyri-neft-qaz məhsullarının ixracı artıb

Qeyri-neft-qaz məhsullarının ixracı artıb

Bakı, 28 yanvar, AZƏRTAC

Ötən ilin yanvar-noyabr aylarında qeyri-neft-qaz məhsullarının ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 13,9 faiz, real ifadədə 4,8 faiz artaraq 2 milyard 688,4 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (30,5 faiz), Türkiyəyə (23,5 faiz), Gürcüstana (6,8 faiz), İsveçrəyə (6,2 faiz), Qazaxıstana (3,3 faiz), ABŞ-a (2,5 faiz), Niderlanda (2,4 faiz), Rumıniyaya (2,2 faiz), Bolqarıstana (2 faiz), İtaliyaya (1,8 faiz), Özbəkistana (1,5 faiz), Ukraynaya (1,4 faiz), Belarusa (1,2 faiz), Hindistana (1,1 faiz), Çinə (1,1 faiz), Latviyaya (1 faiz), Birləşmiş Krallığa (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.