İQTİSADİYYAT


Qeyri-neft sektorunun özəl bölməsində 749 mindən çox əmək müqaviləsi bağlanıb

Qeyri-neft sektorunun özəl bölməsində 749 mindən çox əmək müqaviləsi bağlanıb

Bakı, 14 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr ayları ərzində sığortaedən və sığortaolunan arasında əmək münasibətlərinin şəffaflaşdırılması, əmək müqavilələrinin bağlanması və bu müqavilələrdə əməkhaqlarının real məbləğinin əks etdirilməsi məqsədilə qanunvericilikdə stimulların yaradılması nəticəsində ölkənin əmək bazarında muzdlu işçilərin və bağlanmış əmək müqavilələrinin sayında, həmçinin əməkhaqqı fondunda artım qeydə alınıb.

Dövlət Vergi Xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin dövrdə qeyri-neft sektorunun özəl bölməsində bağlanmış əmək müqavilələrinin sayı 749 min 569 təşkil edib. Bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 209 min 647 müqavilə çoxdur.

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.