CƏMİYYƏT
Qida sahəsində fəaliyyət göstərən 8 müəssisədə nöqsanlar aşkar olunub
Bakı, 2 dekabr, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, dekabrın 1-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 14 ticarət müəssisəsi və 16 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 8 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə əlaqədar 8, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 2 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla əlaqədar qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilmiş müəssisələr haqqında http://afsa.gov.az/az/media/news_details/3638 linki vasitəsilə məlumat almaq mümkündür.