İQTİSADİYYAT
Qiymətli kağızlar bazarında 12 451 milyon manat həcmində əməliyyat həyata keçirilib
Bakı, 30 iyul, AZƏRTAC
Bu ilin birinci yarımilliyi ərzində qiymətli kağızlar bazarında ümumilikdə 12 451 milyon manat həcmində əməliyyat həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.4 dəfə çoxdur.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatların 52.2 faizi (6 499 milyon manat) ilkin bazarda, 47.8 faizi (5 952 milyon manat) isə təkrar bazarda aparılıb.
2018-ci ilin I yarımilliyi ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymətli kağızlarla 40 dəfə daha çox repo əməliyyatları edilib. Hesabat dövrü ərzində həyata keçirilmiş repo əməliyyatlarının həcmi 466 milyon manat (94 faizi və ya 439 milyon manat dövlət qiymətli kağızları ilə) olub.
Hesabat dövründə ümumilikdə 8 210 milyon manat həcmində (95 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.
2018-ci ilin I yarımilliyi üzrə qiymətli kağızlar bazarının əsas göstəriciləri icmal göstəricilərində öz əksini tapıb.