Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Qlobal enerji aktorlarının yeniliklərini təqdim etdiyi unikal platforma: “Xəzər Neft və Qaz” sərgisi

Bakı, 1 iyun, Nihad Budaqov, AZƏRTAC

Yola saldığımız həftə Bakı Sərgi Mərkəzi Xəzəryanı regionun energetika sektoru üzrə ən irimiqyaslı tədbir olan XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgisi üçün öz qapılarını ziyarətçilərə açdı. Builki sərgi Azərbaycanın neft-qaz sənayesinin tarixində əlamətdar hadisə - “Əsrin müqaviləsi”nin 25 illiyinə, o cümlədən də Neft daşlarının 70 illiyinə təsadüf edir. 1994-cü ildən keçirilən “Xəzər Neft və Qaz” sərgisi neft, qaz və energetika sahəsində aparıcı peşəkarların görüş yerinə çevrilib və burada gələcək əməkdaşlığa dair memorandum, saziş və müqavilələr imzalanır. “Xəzər Neft və Qaz” UFI tərəfindən təqdir olunur” nişanı isə sərgilərin bütün beynəlxalq standartlara uyğunluğunu təsdiqləyir.

Otuzdan çox ölkədən 300-dək şirkət öz məhsullarını Bakıda nümayiş etdirdi

Builki “Xəzər Neft və Qaz” sərgi və konfransının yüksəksəviyyəli qonaqları arasında ABŞ Dövlət Departamentinin enerji ehtiyatları bürosunda dövlət katibi köməkçisinin birinci müavini Kent Loqsdon, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) Baş katibi Yuri Sentyurin, İranın Neft nazirinin beynəlxalq məsələlər üzrə müavini Əmirhüseyn Zamani, Yaponiyanın “JOGMEC” şirkətinin prezidenti Tomonobu Uçida və başqaları yer aldı. Sərgi iştirakçılarının siyahısına qlobal neft və energetika sektorunu təmsil edən aparıcı şirkətlər daxil idi.

Sərgidə 30-dan çox ölkədən 300 şirkət iştirak etdi və bunlar sırasında ABŞ, Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, MDB ölkələri, Türkiyə və digər ölkələr var idi. İştirakçı şirkətlər neft hasilatı və enerji resurslarının daşınması, neft-qaz saxlama sistemlərinin təmin edilməsi üzrə avadanlıq, xidmət və innovativ texnologiyaların geniş çeşidini, platforma və üzən qazma qurğularını, boruların çəkilməsi və boru kəmərlərinin təhlükəsizlik sistemlərinin təmin edilməsi, eləcə də servis xidmətlərini təqdim etdilər. İlk dəfə olaraq, sərgidə defektoskopiya və yerdən uzaq məsafədə işlərin görülməsi kimi sahələr işıqlandırıldı.

Bu il öz ekspozisiya sahələrini genişləndirmiş “Halliburton”, “Schlumberger” və “Worley Parsons” kimi şirkətlər sərgi qonaqlarına öz innovativ məhsul və xidmətlərini nümayiş etdirdilər. Almaniya, Belarus və Rusiyanın qabaqcıl şirkətləri milli stendlərdə ən son məhsullarını təqdim etdilər. Ardıcıl olaraq ikinci ildir ki, sərgidə iştirak edən Rusiya İxrac Mərkəzi Rusiyanın ən qabaqcıl şirkətlərinin nümayəndələrini öz stendində bir araya gətirdi. İştirakçıların ümumi sayının 24 faizini təşkil edən debütantlar arasında Azərbaycan, Çin, Qazaxıstan, Türkiyə, Monako, Niderland, Hindistan və digər ölkələr var idi. Şirkətlər neft və qaz avadanlığı, uniforma və digər məhsul və xidmətləri təqdim etdilər.

Açılışda Prezident İlham Əliyevin iştirakı sərginin yüksək statusunu bir daha təsdiq etdi

Mayın 29-da Prezident İlham Əliyev Bakı Sərgi Mərkəzində XXVI Beynəlxalq “Xəzər Neft və Qaz-2019” sərgi və konfransının, həmçinin IX Xəzər Beynəlxalq energetika və alternativ enerji sərgisinin açılışında iştirak etdi. Dövlətimizin başçısı açılış mərasimindəki nitqində “Xəzər Neft-Qaz Sərgisi”nin çox əlamətdar hadisə olduğunu, sərginin dünya miqyasında önəmli beynəlxalq tədbirlərdən biri kimi seçildiyini bildirdi. İyirmi altıncı dəfədir keçirilən sərgiyə marağın azalmadığını deyən ölkə başçısı bunun Azərbaycanın neft-qaz resurslarının bu gün və gələcəkdə xarici şirkətlər üçün böyük maraq kəsb edəcəyini göstərdiyini vurğuladı.

1994-cü ildə keçirilmiş ilk sərginin önəmini qeyd edən Prezident İlham Əliyev dedi ki, həmin sərgi Azərbaycanı dünyaya təqdim etdi, Azərbaycanın zəngin neft-qaz resursları haqqında dünyaya məlumat verdi: “Çünki o vaxt Azərbaycan haqqında məlumat çox məhdud idi, bizim ölkəmiz gənc müstəqil dövlət idi, müstəqilliyinin ilk illərini yaşayırdı. Əlbəttə, dünyada, xüsusilə neft-qaz aləmində Azərbaycanın potensialı haqqında məlumat demək olar ki, yox idi. Sərginin keçirilməsi, Azərbaycana diqqətin cəlb edilməsi gələcəkdə Azərbaycanın neft-qaz sektorunun inkişafı üçün çox önəmli rol oynadı. Mən bunu nəzərə alaraq sərginin iştirakçılarına bir daha minnətdarlığımı bildirmək istəyirəm. Çünki onların bu qərarı, Bakıda bu sərginin keçirilməsi və ondan sonra uzun illər ərzində bizimlə əməkdaşlıq etmələri, əlbəttə ki, təqdirəlayiq bir haldır”.

1994-cü ildəki birinci sərgi keçirilən zaman ölkəmizdə vəziyyətin tam fərqli olduğunu bildirən dövlətimizin başçısı zəngin neft-qaz resurslarına malik olan ölkə üçün yeganə çıxış yolunun sabitliyin bərpası və neft resurslarından səmərəli istifadə edilməsi olduğunu dedi. Bu, sərmayə qoyuluşunu və ölkəmizin iqtisadi potensialını artırdı. 1994-cü ildən sərgidən yaranan mənfəət, o cümlədən siyasi mənfəət həm neft-qaz sektorunun, eyni zamanda, ümumiyyətlə ölkənin inkişafına imkan yaradır.

Müasir neft siyasətimizin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu deyən Prezident İlham Əliyev bildirdi: “Çünki məhz o, Azərbaycan rəhbərliyinə gələndən sonra ölkəmizdə vəziyyət sabitləşdi, Azərbaycan inkişaf yoluna qədəm qoydu və xarici investorlar bizə inandı. Çünki o vaxt bu inam əsas şərt idi. Bu inam olmasaydı, Azərbaycana heç kim böyük sərmayə qoymazdı. Çünki Azərbaycan o vaxt çox riskli bir ölkə kimi tanınırdı və investorları buraya cəlb etmək üçün böyük səylər göstərilmişdir. 1994-cü ilin sentyabr ayında “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə imzalanmış kontrakt demək olar ki, bizim inkişafımıza çox böyük təkan verdi. Təsadüfi deyil ki, bu kontraktın miqyasına və əhəmiyyətinə görə ona “Ərsin kontraktı” adı verilmişdir. “Əsrin kontraktı”nın imzalanmasından sonra Azərbaycana böyük həcmdə sərmayə qoyuluşu başlamışdır və eyni zamanda, ondan sonra digər kontraktlar da imzalandı. “Əsrin kontraktı”nın çox böyük əhəmiyyəti var. Bu gün də bu əhəmiyyət kifayət qədər böyükdür. İki il bundan əvvəl kontraktın müddəti uzadıldı, 2050-ci ilə qədər bu kontrakt qüvvədə olacaq. Yəni, bu, o deməkdir ki, Azərbaycanın neft-qaz resursları, eləcə də “Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılacaq neft-qaz bundan sonra da uzun illər ərzində Azərbaycan xalqına, dövlətinə xidmət göstərəcək”.

Dövlətimizin başçısı sərginin “Şahdəniz” qaz-kondensat yatağı üzrə imzalanmış Sazişə də çox böyük dəstəyi olduğunu bildirdi. Qeyd etdi ki, həmin Saziş məhz 1996-cı ildə keçirilmiş sərgi zamanı imzalanıb. “Şahdəniz” yatağı üzrə imzalanmış kontraktın ölkəmiz üçün çox böyük faydası olub və bu gün Azərbaycan bunun xeyrini görür. Hazırda “Şahdəniz”dən çıxarılan qaz həm daxili bazara göndərilir, eyni zamanda, ölkənin ixrac potensialını artırır. “Şahdəniz” Cənub Qaz Dəhlizinin resurs bazasıdır. Məhz “Şahdəniz” yatağının mövcudluğuna, yatağın işlənilməsinə görə bu gün nəhəng Cənub Qaz Dəhlizi layihəsi icra edilir.

Ölkə başçısı “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə imzalanmış kontraktların tarixi əhəmiyyət daşıdığını, dörd hissədən ibarət olan Cənub Qaz Dəhlizinin üzrə üç layihənin artıq reallaşdığını, dördüncü layihənin də uğurla icra edildiyini dedi. Bildirdi ki, keçən il TANAP-ın istifadəyə verilməsindən sonra Azərbaycan öz qaz resurslarını xarici bazarlara daha böyük həcmdə ixrac etməyə başlayıb.

BP-nin Azərbaycanın strateji tərəfdaşı və strateji investor olduğunu deyən Prezident İlham Əliyev şirkətlə 25 illik əməkdaşlığın önəmini qeyd etdi. Dedi ki, “Azəri-Çıraq-Günəşli” yatağı üzrə işlər ən azı 2050-ci ilə qədər, “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi isə bundan sonra onilliklər ərzində aparılacaq.

Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi üçün Avropa İttifaqı ilə əməkdaşlıq aparıldığını deyən ölkə başçısı Azərbaycanın təşəbbüsü ilə hər il Bakıda Cənub Qaz Dəhlizinin Məşvərət Şurası keçirildiyini qeyd etdi. Əmin olduğunu bildirki ki, Azərbaycan bu nəhəng layihənin uğurla icra edilməsinə nail olacaq. Çünki bu gün həm beynəlxalq əməkdaşlıq baxımından, həm də maliyyə resursları baxımından bu layihənin reallaşması üçün heç bir problem qalmır.

Enerji təhlükəsizliyi məsələlərinin ölkələrin milli təhlükəsizliyi məsələləri olduğunu deyən Prezident İlham Əliyev bildirdi: “Bu baxımdan Azərbaycan tərəfindən reallaşan və bizim təşəbbüsümüzlə həyata keçirilən layihələr həm ölkəmizin, həm də bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan nefti və qazı dünya bazarlarına müxtəlif yollarla ixrac edilir. Enerji təhlükəsizliyi və enerji resurslarının şaxələndirilməsi məsələləri bu gün çox böyük əhəmiyyət daşıyan məsələlərdir. Ölkəmizin bu sahədəki rolu qiymətləndirilir. Azərbaycan bu məsələlərlə bağlı ardıcıl və uğurlu siyasət aparır”.

ABŞ-dan “Xəzər Neft və Qaz-2019” sərgisinə ən ali səviyyədə dəstək

ABŞ Prezidenti Donald Tramp “Xəzər Neft və Qaz Sərgisi”nin iştirakçılarına ünvanladığı məktubda sərginin keçirilməsinin 26-cı ildönümü ilə bağlı ən xoş arzularını çatdırıb. Bildirib ki, Azərbaycan özünün tarixində bugünkü qədər firavan və qlobal iqtisadiyyata bağlı olmayıb. Cənub Qaz Dəhlizi daxil olmaqla, Azərbaycanda hasil olunan neft və qaz dünya enerji bazarlarında sabitliyi artırmaqda davam edir.

D.Tramp qeyd edib ki, Türkmənistan və Şərqi Aralıq dənizi hövzəsi ölkələri kimi digər potensial təchizatçılarla tərəfdaşlıq quraraq Azərbaycan daha böyük liderlik rolu oynaya bilər. Ölkənizin uğurlarını genişləndirməyin əsl vaxtıdır.

“ABŞ xarici sərmayələrin cəlb edilməsi və innovasiyaların təşviqinə xidmət edəcək iqtisadi islahatların davam etdirilməsində səylərinizi dəstəkləyir. Azərbaycanın iqtisadi uğuru bütün regiona sabitliyin gətirilməsinə yardım edəcək. Mən birgə səylərimizlə Cənubi Qafqazın daha da dinc, demokratik və firavan olması üçün əməkdaşlığımızın davamlı olmasını arzulayıram”, – deyə ABŞ Prezidenti vurğulayıb.

Xüsusi qeyd etmək yerinə düşər ki, ABŞ Prezidenti Donald Tramp 28 May - Respublika Günü münasibətilə Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubda da Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri və Cənub Qaz Dəhlizi təşəbbüsünü irəli sürməklə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində Azərbaycan Prezidentinin liderliyini dəyərləndirdiyini vurğulayıb.

ABŞ-ın Dövlət katibi Mayk Pompeo da Respublika Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı məktubda Birləşmiş Ştatların Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi mühüm töhfələri və Cənub Qaz Dəhlizi kimi enerji şaxələndirilməsi layihələrindəki liderliyini alqışladığını qeyd edib.

Neft-qaz sənayesi Böyük Britaniya-Azərbaycan əlaqələrində təməl daşı olaraq qalır

Böyük Britaniyanın beynəlxalq ticarət üzrə dövlət katibi Liam Foks isə sərgi iştirakçılarına videomüraciətində bildirib ki, 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi”nin 25-ci ildönümünü qeyd etdiyimiz bir vaxtda bu sərgi ölkələrimiz üçün xüsusi əhəmiyyət kəsb edir. Bu, həmçinin Böyük Britaniyanın Azərbaycana ilk investisiya yatırmasının təcəssümüdür. Bu investisiya ölkənin öz enerji müstəqilliyini təmin edən müasir və mütərəqqi dövlətə çevrilməsinə kömək edib. Neft və qaz sənayesi Böyük Britaniyanın Azərbaycanla ticarət əlaqələrində təməl daşı olaraq qalır: “Əsrin müqaviləsi” imzalanandan indiyədək biz birlikdə böyük mənfəət əldə etmişik. Onun müddətinin 2050-ci ilədək uzadılması bizim paylaşdığımız etimadın və BP-nin rəhbərlik etdiyi konsorsiumla Azərbaycan hökuməti arasında qarşılıqlı faydalı əməkdaşlığın sübutudur. Əməkdaşlığımızın dərinləşməsi hər iki ölkəyə yalnız əlavə iqtisadi mənfəət gətirə bilər. Biz birlikdə uğurlu tərəfdaşlıq və gələcək üçün möhkəm təməl yaratmışıq. Böyük Britaniyanın Azərbaycana investisiya yatırması təkcə dollar gəlirləri demək deyil, həm də Azərbaycanın yerli neft və qaz ehtiyatlarının, bacarıqların və dünya standartlarına cavab verən infrastrukturun inkişafına investisiya yatırılması deməkdir. Bu, müstəqil respublikanın dünyada öz yolu ilə getməsi üçün ehtiyatları təmin etməsi deməkdir”.

“Mən, həmçinin Azərbaycanın Avropa enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfəni vurğulamaq istərdim. Ötən ilin mayında uğurlu açılışı olmuş Cənub Qaz Dəhlizi tezliklə Azərbaycan qazını Avropa bazarlarına çatdıraraq təbii qaz üçün təhlükəsiz ixrac marşrutu yaradacaq və regionun digər ölkələri üçün mükəmməl nümunə olacaq. Əlbəttə ki, xüsusilə Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi siyasətini yürütdüyü bir zamanda bizim güclü və məhsuldar əlaqələrimiz enerji sahəsinin hüdudlarını aşaraq bir çox sahələri əhatə edir. Böyük Britaniya mümkün olduğu qədər Azərbaycana şaxələndirmə ilə bağlı kömək etmək üçün öz təcrübəsini paylaşmağa hazırdır”, - deyə o vurğulayıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək