İQTİSADİYYAT


Qlobal miqyasda yaranan yüksək inflyasiyanın ölkəmizə sirayət etməsi icmal və dövlət büdcələrinin gəlirlərinin artımına mühüm töhfə verib

Qlobal miqyasda yaranan yüksək inflyasiyanın ölkəmizə sirayət etməsi icmal və dövlət büdcələrinin
gəlirlərinin artımına mühüm töhfə verib

Bakı, 22 iyun, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi xidmətinin xətti ilə qeyri-neft gəlirləri üzrə proqnoza nisbətən 895 milyon manat və yaxud 29,9 faiz, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 344 milyon manat və yaxud 20 faiz çox daxilolma qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov parlamentin növbədənkənar sessiyasının iyunun 22-də keçirilən iclasında 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklərlə bağlı qanun layihəsinin müzakirəsi zamanı söyləyib.

O bildirib ki, 2022-ci ilin ötən beş ayında icmal büdcənin göstəricilərində də nəzərdə tutulan proqnozlarla müqayisədə əhəmiyyətli dəyişikliklər qeydə alınır. Gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyard 27 milyon manat və yaxud 24,2 faiz artıb. Heç şübhəsiz ki, dünya bazarlarında neft, neft məhsulları və qaz satışı üzrə olduqca münbit konyunkturanın olması nəticəsində cari ilin yanvar-may aylarında xam neftin ixrac qiyməti dövlət büdcəsinin gəlirlərinin proqnozu üzrə bir barel üçün nəzərdə tutulan 50 ABŞ dollarından iki dəfə çox olub. Həmçinin qlobal miqyasda yaranan yüksək inflyasiyanın ölkəmizə sirayət etməsi icmal və dövlət büdcələrinin gəlirlərinin artımına mühüm töhfə verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.