REGİONLAR
Qobustanda keçirilən ağacəkmə aksiyasında 250 ədəd ağac tingi əkilib
Qobustan,10 may, AZƏRTAC
Qobustanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibət ilə ağacəkmə aksiyası keçirilib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Qobusan şəhərindəki Heydər Məscidinin qarşısında rayon icra hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan ağacəkmə aksiyasında 250 ədəd ağac tingi əkilib. Ərazidə təmizlik, səliqə-sahman işləri aparılıb, yeni əkilən ağaclar suvarılıb, onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görülüb.
Qeyd edək ki, Ulu Öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqları daha da genişləndirmək, ekoloji tarazlığı qorumaq, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etmək məqsədilə keçirilən aksiyada rayon icra hakimiyyətinin işçiləri, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların kollektivləri fəal iştirak ediblər.