REGİONLAR
Qobustanda ötən il açılan iş yerlərinin 317-si daimidir
Qobustan, 23 yanvar, AZƏRTAC
Respublikamızın bütün bölgələrində olduğu kimi, Qobustan rayonunda da iqtisadiyyatın şaxələndirilməsi, göstərilən dövlət dəstəyi, habelə tikinti-quruculuq və abadlıq işlərinin genişləndirilməsi, yeni istehsal sahələrinin açılması əhalinin məşğulluğunun artmasına imkan verir.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2018-ci ildə Qobustan rayonunda 2893 yeni iş yeri açılıb. Bunun 317-si daimidir. İş yerlərinin 24-ü yeni yaradılan müəssisə və təşkilatlar, 124-ü mövcud müəssisə və təşkilatlar, 169-u isə fiziki şəxslər tərəfindən açılıb. Habelə, 2576 iş yeri mövsümi olub.
Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafına dair birinci Dövlət Proqramının qəbulundan bəri Qobustanda 26 min 345 yeni iş yeri açılıb. Yeni iş yerlərinin 4 min 264-ü və ya 16,2 faizi daimidir.