CƏMİYYƏT
Quba rayonunda mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğın tam söndürülüb VİDEO
Bakı, 22 avqust, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Quba rayonunun Qasımqışlaq, Gədikqışlaq və Vəlvələ kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq-meşəlik sahələrdə baş vermiş yanğın tam söndürülüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, havanın isti və küləkli olmasına, relyefin mürəkkəbliyinə baxmayaraq, qüvvələrin əlaqəli və effektli tətbiqi sayəsində yanğının daha geniş ərazilərə yayılmasına imkan verilməyib.
Ümumilikdə Siyəzən, Şabran, Xaçmaz və Quba rayonları üzrə baş vermiş yanğınlar nəticəsində təxminən 5 min hektar sahədə meşə və meşəətrafı ərazi, örüş və biçilmiş əkin sahələri yanıb. Şimal bölgəsində bütün yanğınlar tam söndürülüb.