İQTİSADİYYAT


Qubada Gənclər Evi inşa olunur

Quba, 5 iyul (AZƏRTAC). Qubada Gənclər Evi inşa olunur.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin vəsaiti hesabına inşa olunan bina 3 mərtəbəlidir. Burada rayon gənclərinin asudə vaxtlarının səmərəli təşkil edilməsi, intellekt və bacarıqlarının artırılması üçün bütün imkanlar yaradılacaqdır.

Binada müxtəlif konfrans zalları, internet otaqları, kitabxanalar olacaq, treninq və görüşlərin keçirilməsi üçün əlverişli şərait yaradılacaqdır.

Tikintisinə cari ilin mayında başlanılmış binanın 2015-ci ilin sentyabrında təhvil verilməsi planlaşdırılır.

Gənclər Evinin tikintisi ilə yanaşı, binanın yerləşdiyi 28 May parkının da yenidən qurulması nəzərdə tutulmuşdur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.