REGİONLAR


Qubada karantin rejimini pozan 13 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb

Quba, 21 yanvar, Elxan Yusifli, AZƏRTAC

Qubada karantin rejimini pozduqlarına görə 13 nəfər barəsində tədbir görülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən restoran aşkarlanıb.

Rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı, obyektdə olan 12 müştəri və restoranın icarədarı Aid Xazrıyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.