REGİONLAR


Qubada qızıl-zinət əşyaları və telefon oğurlayan şəxslər saxlanılıb VİDEO

Quba, 9 mart, Elxan Yusifli, AZƏRTAC

Qubada evdən qızıl-zinət əşyaları və telefon oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba sakini Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edərək ona məxsus evdən oğurluq olması barədə məlumat verib. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Zərərçəkmişə məxsus evdən ümumi dəyəri 1500 manata yaxın olan 3 ədəd qızıl üzük, qızıl qolbaq və mobil telefon oğurlandığı müəyyən edilib.

RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən iki nəfər oğurluq hadisəsindən bir gün sonra rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.

Həmin şəxslərin Ağsu rayon sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş 26 yaşlı Teymur Əliyev və tanışı Xaçmaz rayon sakini 24 yaşlı Yaşar Əhmədov olduğu müəyyənləşib.

Dindirilmə zamanı hər iki şəxs törətdikləri oğruluğu etiraf edərək, qızıl-zinət əşyalarını Xaçmazda qızıl alqı-satqısı məntəqələrinin birində dəyərindən ucuz qiymətə satdıqlarını bildiriblər.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.