REGİONLAR


Qubada saxlanılan cinayətkar dəstənin üzvlərinin yeddi rayonda silsilə oğurluqlar etdiyi müəyyənləşib VİDEO

Quba, 31 iyul, Elxan Yusifli, AZƏRTAC

Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindəki mağazalardan silsilə oğurluqlar etdiklərinə görə tutulan dəstə üzvlərinin digər cinayət əməllərinin üstünü açıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəstə üzvləri olan Lerik rayonu sakinləri, 29 yaşlı Amil Vəliyev, 33 yaşlı Səadət Azadov, 31 yaşlı Təhməz və 38 yaşlı Əkbər Dadaşovların ətraflarında aparılan istintaq tədbirləri nəticəsində onların daha yeddi rayonda analoji cinayətlər törətdikləri məlum olub.

Adı çəkilən şəxslər cari ilin iyulunda müxtəlif vaxtlarda Ağsu, İsmayıllı, Hacıqabul, Qaradağ, Qobustan, Sabirabad və Şamaxı rayonlarında yerləşən fərdi yaşayış evlərinə, aptek və mağazalara qanunsuz daxil olaraq, oradan nağd pul, müxtəlif növ içkilər, tütün məmulatları və telefon aksesuarları, eləcə də Qaradağ rayonundakı mağazaların birindəki iki ödəmə terminalı və seyfdən 12 min manata yaxın pulu oğurlamaqla, ümumilikdə zərərçəkmişlərə külli miqdarda maddi ziyan vurublar.

Həmin şəxslərin ətrafında istintaq hərəkətləri davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.