Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Quru limanlar haqqında” Hökumətlərarası Sazişə qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikası 2013-cü il noyabrın 7-də Banqkok şəhərində imzalanmış “Quru limanlar haqqında” Hökumətlərarası Sazişə müvafiq bəyanatla və qeyd-şərtlə qoşulsun.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 mart 2020-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin