REGİONLAR


Qusarda itkin düşən ana və azyaşlı qızı tapılıb YENİLƏNİB

Qusar, 19 iyun, Elxan Yusifli, AZƏRTAC

Qusar rayonunda itkin düşən ana və azyaşlı qızı tapılıb.

Qusar Rayon Polis Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun Xürel kənd sakinləri Əsgərova Sveta Arif qızı və azyaşlı övladı Əsgərova Əminə Elmar qızı iyunun 7-də itkin düşmüşdü. Bu barədə polisə S.Əsgərovanın həyat yoldaşı Elmar Əsgərov ərizə ilə müraciət edib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1988-ci il təvəllüdlü Sveta Əskərova və 7 yaşlı qızı rayon ərazisində tapılaraq ailəsinə təhvil verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.