SİYASƏT
RABİTƏÇİLƏR MÜXALİFƏTİN POZUCULUQ FƏALİYYƏTİNƏETİRAZLARINI BİLDİRİRLƏR
Rabitə Nazirliyinin “Azərpoçt” Dövlət Müəssisəsində bununla bağlı geniş yığıncaq keçirilmişdir. Yığıncaq iştirakçıları “Yeni Müsavat”, “Hürriyyət”, “Azadlıq” və bu qəbildən olan digər KİV-lərdə Azərbaycan Prezidenti Heydər Əliyev haqqında böhtan və şayiələrin yayılmasını, onun şəxsiyyətinin təhqir edilməsini, xalqımızın milli mentalitetinə uyğun gəlməyən yazıların dərc olunmasını düşmən dəyirmanına su tökmək, prezident seçkilərini pozmaq cəhdi kimi qiymətləndirmiş, belə hallara dərhal son qoyulmasını tələb etmişlər.
Müxalifətin bəd əməllərini qətiyyətlə pisləyən rabitəçilər qarşıdan gələn prezident seçkilərində ən layiqli namizədə - ölkəmizdə aparıcı siyasi qüvvə olan Yeni Azərbaycan Partiyasının sədri, xalqımızın şəriksiz lideri Heydər Əliyevi dəstəkləyəcəklərini bəyan etmişlər.
Çıxışlarda qeyd olunmuşdur ki, rabitəçilər indiyədək olduğu kimi, bundan sonra da Heydər Əliyevin həyata keçirdiyi siyasəti müdafiə edəcək, onun rəhbərliyi altında ölkəmizin rabitə sisteminin inkişafında yeni uğurlar qazanacaqlar.