İDMAN
RABİTƏ NAZİRLİYİNİN YARADILMASININ 86-CI İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ SPARTAKİADA KEÇİRİLİR
Spartakiada iştirakçılarını salamlayan rabitə və informasiya texnologiyaları naziri akademik Əli Abbasov ənənə şəklini almış bu tədbirin respublikamızda idmanın inkişafına və rabitəçilər arasında sağlam ruhun daha da yüksəlməsinə xidmət etdiyini demişdir.
Nazir, xalqımızın ümummilli lideri Prezident Heydər Əliyev tərəfindən ölkəmizdə rabitənin inkişafına və rabitəçilərə göstərdiyi qayğıdan, Azərbaycan Prezidenti İlham Əliyevin bu mühüm sahəyə daim diqqət yetirdiyini vurğuladı.
Açılış mərasimində dövlət himni səsləndirildi. Rabitə və İnformasiya Nazirliyinin, “Spartak” Könüllü İdman Cəmiyyətinin və “Rabitəçi” idman klubunun bayraqları idmançıların müşaiyyəti ilə salona gətirilmiş, spartakiada rəsmi açıq elan olunmuşdur.
Builki idman yarışlarında rabitəçilər nərd, dama, şahmat, stolüstü tennis, eləcə də voleybol və mini futbol yarışlarında öz qüvvələrini sınayacaqlar. Qaliblərə diplom və pul mükafatları veriləcəkdir.
Spartakiada oktyabrın sonunda yekunlaşacaqdır.