MƏDƏNİYYƏT
RESPUBLİKA KULTUROLOJİ SEMİNARI KEÇİRİLƏCƏKDİR
Azərbaycanda Atatürk Mərkəzində gerçəkləşəcək tədbirdə Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Nizami Cəfərovun “Azərbaycanda mədəniyyətin və kulturologiyanın inkişafına yönəlmiş hüquqyaradıcı fəaliyyət haqqında”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, “Simurq” Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədovun “Kulturologiya insanın həyat və fəaliyyəti haqqında elm kimi” mövzusunda məruzələri dinlənilib müzakirə ediləcək, eyni zamanda, Milli Aviasiya Akademiyası kulturologiya kafedrasının müdiri, xalq şairi Nəriman Həsənzadənin “Kulturologiya” kitabının təqdimatı olacaqdır.
Sonra keçiriləcək “Dəyirmi masa”da professor Fuad Məmmədovun rəhbərliyi ilə “Azərbaycanda kulturologiyanın inkişafı: dünən, bu gün və sabah” mövzusu ətrafında müzakirələr aparılacaqdır.