CƏMİYYƏT


RİİB regionlarda uşaqların iştirakı ilə müxtəlif idman tədbirləri təşkil edib

Bakı, 21 iyul, AZƏRTAC

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 2021-ci il üçün Tədbirlər Planının icrası məqsədilə regionlarda uşaqlar arasında sağlam həyat tərzinin təbliği, onların idmana marağının artırılması, asudə vaxtlarının səmərəli təşkili üçün “Regional İnkişaf” İctimai Birliyi tərəfindən “Kiçik çempionlar” adlı layihə həyata keçirilib.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində ölkəmizdə fəaliyyət göstərən müxtəlif idman federasiyaları ilə birgə Gəncə, Şəki, Qax, İmişli, Şamaxı, Masallı, İsmayıllı və Astarada 9 fərqli idman növü üzrə müxtəlif yaş kateqoriyalarından olan uşaqların iştirakı ilə tədbirlər təşkil edilib.

Tədbirlərdə peşəkar idmançılar və məşqçilər tərəfindən uşaqlara müxtəlif idman növlərinin tarixi, incəlikləri və idmançılarımızın nailiyyətləri haqda məlumatlar verilib, onlar üçün ustad dərsləri, praktiki məşq və təlimlər keçirilib, yarışlar təşkil olunub. Sonda bütün iştirakçılara sertifikat və medallar, xüsusi hədiyyələr təqdim olunub.

Qeyd edək ki, layihənin növbəti mərhələdə digər şəhər və rayonlarda da icrası nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.