İDMAN
ROMAN ABRAMOVİÇ DÜNYA FUTBOLUNDA “ÇELSİ”NİN YÜZİLLİK LİDERLİYİNİ TƏMİN ETMƏK NİYYƏTİNDƏDİR
Rusiya milyarderi yazır: futbol klubunun sahibi olanda çox həyəcan keçirirdi. R.Abramoviç yazır: “Mən “Çelsi”ni alanda bilmirdim ki, bu hadisə mənə nə qədər sevinc və həyəcan gətirəcəkdir. Hesab edirəm ki, klubun 100 illik yubileyinə ən yaxşı hədiyyə son 50 ildə ilk çempion titulunu qazanmağımızdır”.
Roman Abramoviç 2003-cü ilin yayında “Çelsi”ni aldıqdan sonra komanda milli çempionatın gümüş və qızıl medallarına layiq görülmüş, Liqa Kubokunu qazanmış və iki dəfə Çempionlar Liqasının yarımfinalına çıxmışdır. Bu mövsümdə londonlular premyer-liqanın ilk 9 oyununda qələbə qazanmışlar. Həmin dövr ərzində Abramoviç klubun və komanda üçün yeni oyunçuların alınmasına, futbolçulara və əməkdaşlara əmək haqqının ödənilməsinə təxminən 600 milyon funt sterlinq xərcləmişdir. 38 yaşlı milyarder indi öz ulduzlarını yetişdirməyi qarşısına məqsəd qoymuşdur.