DÜNYA
RONALDO “FUTBOL ŞAHI”NI SƏFEH ADLANDIRMIŞDIR
Xatırladaq ki, bu yaxınlarda Pele futbolun müxtəlif problemləri barədə öz fikrini söyləyərkən demişdir ki, Ronaldo, əlbəttə, yaxşı oyunçudur, amma futbol ilə daha çox, şəxsi həyatı ilə daha az məşğul olsaydı, karyerası indikindən qat-qat uğurlu olardı.
Ronaldo Madridin radiostansiyalarından birinə müsahibəsində belə məsləhət görmüşdür: “Onun sözlərinə məhəl qoymayın. Ümidvaram ki, idman karyeramı başa çatdırdqdan sonra məndən, ümumiyyətlə, soruşulmayan məsələ barəsində cəfəngiyat danışan çərənçi olmayacağam”.
Ronaldo bu müsahibəni İngiltərənin “Arsenal” klubu ilə martın 8-də Çempionlar liqası çərçivəsində keçirilən görüşdən bir neçə saat sonra vermişdir. Oyun heç-heçə (0:0) qurtarmış və madridlilər iki görüşün nəticələrinə əsasən mübarizəni dayandırmışlar.