RUSİYA-AZƏRBAYCAN SƏRHƏDİNDƏKİ YARAQ-QAZMALAR NƏZARƏT-BURAXILIŞ MƏNTƏQƏSİ 2007-Cİ İLƏDƏK QAYDAYA SALINACAQ
AzerTAg.az
Rusiya 2007-ci ilədək cənub sərhədlərini günün tələblərinə uyğun şəkildə qaydaya salmağı planlaşdırır. Bu məsələ Rusiya Dövlət Sərhəd Xidmətinin yanvarın 29-da Şimali Qafqaz regionundakı sərhədlərin qaydaya salınması məsələlərinə həsr edilən işgüzar iclasında müzakirə olunmuşdur. İclasa Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Nikolay Patruşev sədrlik etmişdir. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, iclasda Rusiya-Azərbaycan sərhədindəki Yaraq-Qazmalar nəzarət-buraxılış məntəqəsinin qaydaya salınması məsələsinə də toxunulmuşdur.
Nikolay Patruşev iclas başa çatdıqdan sonra demişdir ki, sərhədin Rusiya-Azərbaycan sahəsinin qaydaya salınması məsələsi müzakirə edilərkən Dağıstan rəhbərliyinin təklifləri nəzərə alınmışdır.
N. Patruşev onu da bildirmişdir ki, Rusiya özünün cənub sərhədlərinin qaydaya salınmasına xüsusi əhəmiyyət verir. FTX direktorunun sözlərinə görə, bu işləri nəzərdə tutulan vaxtadək qurtarmaq çətindir, xeyli iş görülməlidir. O demişdir ki, iclasda Federasiya subyektləri idarələrinin nümayəndələri də iştirak etmiş və bu məsələlərə münasibətlərini bildirmişlər.
Xəbərin mətnində orfoqrafik səhv var