İQTİSADİYYAT
“Rabitəbank” “Barat” pul köçürmələri üzrə xidmətlər təklif edir
Bakı, 23 noyabr, AZƏRTAC
“Rabitəbank” ASC müştərilərə bank hesabı açmadan və sərfəli tariflərlə dünyanın istənilən ölkəsinə, eləcə də ölkədaxili “Barat” pul köçürmələri üzrə xidmətlər təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, indi istənilən şəxs “Rabitəbank”ın beynəlxalq və ölkədaxili sürətli pul köçürmələri sistemindən istifadə etməklə həm bir neçə saniyə ərzində dünyanın istənilən ölkəsinə pul köçürə, həm də 30 dəqiqə danışıq vaxtı hədiyyə qazanmaq imkanını əldə edir.
Belə ki, xarici köçürmələr edən və vəsaiti alan müştərilərin hər birinə, həmçinin eManat terminalları vasitəsilə “Barat” pul köçürmələri edən müştərilərə məbləğdən asılı olmayaraq 30 dəqiqəlik “Azercell” mobil danışıq dəqiqələri hədiyyə edilir.
Hədiyyəni əldə etmək üçün eManat terminalı vasitəsilə köçürmə edən müştərilər köçürmə qəbzini istənilən filiala təqdim etməklə 30 dəqiqəlik “Azercell” mobil danışıq dəqiqələri hədiyyə alırlar.
Kampaniya dekabrın 31-dək davam edəcək.