İQTİSADİYYAT
“Rabitəbank” “Kartmane” məhsulunu təklif edir
Bakı, 7 oktyabr, AZƏRTAC
“Rabitəbank” ASC əhaliyə daim yeni, sərfəli və hər kəsin arzu və tələbinə cavab verən “Kartmane” məhsulunu təklif edir.
Bankdan AZƏRTAC-a bildiriblər ki, depozit şərtləri ilə kart rahatlığı və imkanlarını özündə birləşdirən “Kartmane” unikal kartı pul yığmaq üçün ideal vasitədir. “Kartmane” kartı ilə müştərilər dünyanın istənilən nöqtəsində depozitlərini özündən ayırmadan, müxtəlif növ kart əməliyyatlarını həyata keçirə bilərlər. Nağd vəsaitə ehtiyac olduğu halda kart sahibləri “Kartmane” vasitəsilə heç bir komissiya haqqı tutulmadan hesablanmış faizlərlə birlikdə vəsaitlərini rahat şəkildə nağdlaşdıra, eləcədə hesab qalığını istədiyi vaxt və istədiyi məbləğə artıra və ya azalda bilərlər.
Üstəlik “Kartmane” depozitinə hesablanmış faizlər hər gün əsas məbləğin üzərinə əlavə olunur və faizlərin üzərinə də faiz hesablanır.
Minimal məbləğdə 100 AZN/USD hesabı açan hər bir müştəriyə “Kartmane” kartı pulsuz verilir.
Ətraflı məlumatı “Rabitəbank”ın istənilən filialından, www.kartmane.az rəsmi səhifəsindən və ya 133 nömrəli məlumat mərkəzindən əldə etmək olar.