İQTİSADİYYAT
“Rabitəbank” rabitəçilər günü münasibətilə endirim kampaniyasına başlamışdır
Bakı, 10 dekabr (AZƏRTAC). “Rabitəbank” ASC rabitəçilər günü münasibətilə endirim kampaniyasına başlamışdır.
AZƏRTAC xəbər verir ki, yeni kampaniyanın şərtlərinə əsasən, bankdan 2 illik kredit alan rabitəçilərə sonuncu ilin kredit faizləri hədiyyə olunacaqdır. Yəni rabitə işçisi 24 ay müddətinə nağd pul krediti aldığı təqdirdə son 12 ayın kredit faizini ödəməyəcəkdir. Kampaniya çərçivəsində 18 aylıq kredit götürənlərin faizsiz güzəşt dövrü 6 ay, 12 aylıq kredit götürənlərdə isə 3 ay təşkil edəcəkdir. Kampaniya ilin sonunadək davam edir.
Qeyd edək ki, güzəştli kredit kampaniyası çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, telekommunikasiya təşkilatları, mərkəzi və regional poçt şöbələri, internet, mobil və stasionar telefon operatorlarının işçiləri kredit ala bilərlər.