İDMAN


Ramin Musayev: Azərbaycan kubokunda dördüncü əvəzetməyə icazə veriləcək

Bakı, 14 noyabr, AZƏRTAC

Azərbaycan kubokunun qarşıdan gələn mövsümündə bütün iştirakçılara uğurlar arzu edirəm. Güclü olan qalib gəlsin. Kubokun yeni sahibi olacaq komanda ölkəmizi avrokuboklarda layiqincə təmsil etsin və ən azından “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin uğurlarını təkrarlasın.

AZƏRTAC xəbər verir ki, bu sözləri futbol Azərbaycan kuboku yarışlarının 2018/2019-cu il mövsümünün püşkatma mərasimində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Qeyd edib ki, kubokun yeni mövsümündə dördüncü əvəzetməyə icazə veriləcək. Belə ki, məşqçilər oyun əlavə vaxta gedəcəyi təqdirdə 4-cü əvəzetmədən istifadə edə biləcəklər. Düzdür, kubokda komandaların sayı azdır. Bizim çempionat gərgin idman mübarizə şəraitində keçir. Bəli, komandalar bir-biri ilə tez-tez görüşür. Ancaq matçlar maraqlı olur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.