İQTİSADİYYAT


“Rebuild Karabakh” sərgisində 17 ölkədən 279 şirkətin məhsulları nümayiş olunacaq

Bakı, 19 oktyabr, AZƏRTAC

“Rebuild Karabakh” - Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişaf” sərgisində 17 ölkədən 279 şirkətin məhsulları nümayiş olunacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Caspian Event Organisers” şirkətinin baş direktoru Fərid Məmmədov deyib.

Qeyd edilib ki, eyni tarixdə 26-cı Azərbaycan Beynəlxalq İnşaat sərgisi “BakuBuild 2021” və XIII Beynəlxalq “İstilik, Havalandırma, Kondisionerləşdirmə, Su Təchizatı, Santexnika və Üzgüçülük Hovuzu”, “Aquathetm Bakı 2021” sərgisini özündə birləşdirən ənənəvi Xəzər İnşaat Həftəsi başlayır. Almaniya, Gürcüstan, İsrail, Macarıstan və Türkiyədən 5 milli pavilyon 1-ci “Rebuild Karabakh” sərgisində iştirak edir.

Oktyabrın 20-də Rusiyanın “Kraspan” şirkətinin seminarı keçiriləcək, oktyabrın 22-də Naxçıvan Sement Zavodu tərəfindən “Naxçıvan Muxtar Respublikasında istehsal olunan tikinti materialları” mövzusunda seminar olacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.