İDMAN


“Renault” 2019-cu il Formula 1 mövsümü üçün “R.S.19” bolidini nümayiş etdirib

Bakı, 12 fevral, AZƏRTAC 

Formula 1-in fransız “Renault” komandası 2019-cu il mövsümündə istifadə edəcəyi “R.S.19” indeksi altında özünün yeni avtomobilini təqdim edib.

AZƏRTAC xəbər verir ki, bolidin təqdimatı “Renault”un Britaniyanın Enstoun şəhərində yerləşən bazasında keçirilib. Yeni avtomobil, bütövlükdə, ötənilki rəngini qoruyub saxlayıb. Bolidin ön tərəfindəki aerodinamik qurğu qismən sadələşdirilərək Formula 1-in dəyişdirilmiş texniki reqlamentinə uyğun olaraq yaradılıb. Bu dəyişikliklər ötmə əməliyyatlarında şansların artırılması məqsədilə tətbiq edilib.

2018-ci il mövsümündə “Renault” Formula 1-in komanda hesabında dördüncü yeri tutub. Niko Hulkenberq 2019-cu ildə komandanın idman şərəfini qorumaqda davam edəcək, Karlos Saysın əvəzinə isə onun yeni ortağı - “Red Bull”dan gəlmiş Daniel Rikkardo yarışacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.