Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Rəngi yaşıllaşmış və cücərmiş kartof insan sağlamlığı üçün olduqca təhlükəlidir

Rəngi yaşıllaşmış və cücərmiş kartof insan sağlamlığı üçün olduqca təhlükəlidir

Bakı, 26 dekabr, AZƏRTAC

Kartof əhalinin qidalanmasında mühüm rol oynayan çoxillik ot bitkisidir. Kartofun tərkibində orta hesabla 76,3 faiz su, 23,7 faiz quru maddə, o cümlədən 17,5 faiz nişasta, 0,5 faiz şəkər, 1-2 faiz zülal, 1 faizədək mineral duzlar, C, B1, B2, B6, PP, K vitaminləri və kapotinoidlər var. Qeyd edək ki, 0-1o C temperaturda saxlandıqda tənəffüs ləngidiyindən kartof yumrularında 2-2,5 faiz şəkər toplanır, bu da ona şirin dad verir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi departamentinin Bitki sağlamlığı şöbəsinin mütəxəssisi Səidə Zeynalovanın məqaləsində məlumat verilir.

Kartofun keyfiyyəti onun sortundan, yetişdirildiyi şəraitdən, daşınma və saxlanma şəraitindən asılıdır. Kartof düzgün şəraitdə saxlanmadıqda orqanoleptik xüsusiyyətində və tərkibindəki qida maddələrində baş verən dəyişikliklərlə yanaşı, bir çox göbələk xəstəlikləri də yaranır.

Ən çox rast gəlinən göbələk xəstəliklərindən biri kartofun qara çürüməsidir. Xəstəliyin törədicisi olan göbələklərin inkişafı nəticəsində məhsulun üzərində 55-160 mkm diametrli, qara rəngli, şarşəkilli piknidlər və birhüceyrəli, rəngsiz konidilər formalaşır. Qeyd edək ki, Phoma andigena göbələyi kartof bitkisinin yarpaqlarında qırmızımtıl rəngli, kiçik diametrli (2.5-10 mm) konsentrik ləkələr əmələ gətirir. Müəyyən vaxt keçdikdən sonra bu ləkələr qaralmağa başlayır.

Adi dəmgil də kartofda geniş yayılmış xəstəliklərdəndir. Streptomyces scabies göbələyi ilə yoluxma nəticəsində kartof yumrusunun səthində qeyri-düzgün formalı, diametri bir neçə millimetrdən 1 santimetrə qədər və daha artıq olan, getdikcə ölçüləri böyüyən və mantarlaşan yaralar meydana çıxır. Əsas zərər məhsulun istehlak keyfiyyətinin aşağı düşməsi ilə səciyyələnir. Belə ki, göbələklərin yaratdığı müxtəlif yaralar, ləkələr məhsulun əmtəəlik görünüşünün itməsinə, məhsuldarlığın kəskin azalmasına səbəb olur. Dəmgillə yoluxmuş kartof yumrularının cücərmə qabiliyyəti aşağı olduğundan əkin üçün də yararsız hesab edilir.

Qanqren (Phoma exigua var.foveata) xəstəliyinin törədicisi isə bitkinin ən çox gövdə və yumrularında inkişaf edir. Yoluxmuş kartof yumrusunda və gövdədə açıq-qəhvəyidən tünd-qəhvəyi rəngə qədər çaları olan piknidilər əmələ gəlir. Gövdədə xəstəliyin simptomları bitkinin çiçəkləmə fazasında uzunsov, qeyri-müəyyən ləkələrin formalaşması ilə müşahidə olunur. Sirayətlənmiş kartof yumrularını eninə kəsdikdə tünd haşiyəli, açıq rəngli toxuma müşahidə olunur. Bu simptom göbələyin ifraz etdiyi toksinin əlamətidir.

Fitoftora xəstəliyinin törədicisi Phytophthora infestans patogenidir. Xəstəliyin inkubasiya dövrü havanın istiliyindən asılıdır. Göbələyin mitselisinin inkişafı üçün minimal temperatur 1-3˚ C, maksimum temperatur isə 30˚ C hesab edilir. Fitoftora bitkinin həm yarpaqlarını, həm də yumrularını zədələyir. Sahələrdə əvvəlcə kartofların üzərində tək-tək (seyrək), yaxud külli miqdarda əzilmiş ləkələr əmələ gəlir. Ləkəli hissə kəsildikdə onların altında boz, yaxud qonurlaşmış sahələr görünür. Kartof anbarda saxlandığı dövrdə onun toxumasının zədələnmiş yerləri çürüməyə başlayır. Kəskin zədələnmələr zamanı kartofun səthi codlaşır, rəngi isə bozumtul-qonur olur. Qeyd edək ki, bu, göbələk pomidor və badımcanın da xəstəlik törədicisidir.

Kartof xərçəngi (Synchytrium endobioticum) məhsuldarlığın 40-60 faizədək azalmasına səbəb olur. Synchytrium endobioticum göbələyi kartof bitkisinin yumrularını, stalonlarını, bəzən gövdə və yarpaqlarını da yoluxdurur. Göbələk stalon və yumrularda açıq-qəhvəyidən tünd-qonur rəngə qədər müxtəlif ölçülü şişlər, fırlar əmələ gətirir.

Sürmə xəstəliyi (Thecaphora solani) ilə sirayətlənmiş bitkinin yerüstü hissəsində heç bir əlamət müşahidə olunmur. Xəstəliyə yoluxmuş kartof yumrularında çoxsaylı qəhvəyi və qara rəngli ləkələr müşahidə edilir. Ləkələrin diametri 1-4 millimetrə qədər olub, göbələyin spor yığımından ibarətdir. Yoluxmuş kartof yumruları bir müddət sonra qəhvəyi rəngli, tozabənzər, çoxsaylı spor yığımından ibarət kütləyə çevrilir.

Sadalanan xəstəliklərin kartofun keyfiyyətinə mənfi təsirinin qarşısını almaq üçün məhsulun saxlanma şəraitinə və temperatur rejiminə nəzarət olunmalıdır. Qeyd edək ki, gün işığı və istilik kartofun tərkibində solanin maddəsinin yaranmasına şərait yaradır. Solanin artıq miqdarda qəbul edildikdə zəhərlənmə, mədə bulantısı, qusma, boğazda yanma, başağrısı və baş dönməsi yaradır. Buna görə də rəngi yaşıllaşmış və cücərmiş kartof insan sağlamlığı üçün olduqca təhlükəlidir. Kartofun qaranlıq yerdə saxlanması vacibdir. Məhsulu polietilen torbalarda da saxlamaq olmaz. Kartofu hava keçirən kisələrdə, səbətlərdə və ya qutularda saxlamaq lazımdır. Karton qutularda saxlandığı təqdirdə qutunun divarlarında hava dəlikləri açılmalıdır. Bundan başqa, kartofu rütubətli şəraitdə, həmçinin soğan və ya sarımsaqla eyni və ya yaxın qutularda saxlamaq tövsiyə olunmur. Əks halda kartof qısa müddətdə cücərməyə başlayacaq. Məhsulu mümkün qədər sərin və quru şəraitdə saxlamaq lazımdır. Qeyd edək ki, kartof saxlanan yerdə rütubət 85-90 faiz olmalıdır. Günəş işığı altında kartofun saxlanması üçün 21-22° C temperatur və 35-43 faiz rütubət tələb olunur. Qaranlıq və havalandırılmayan otaq şəraitində kartofun saxlanması üçün 20-21° C temperatur və 55-83 faiz rütubət təmin edilməlidir. Qaranlıq soyuducuda məhsulun saxlanması zamanı temperatur 4-6° C, rütubət 22-39 faiz, işıq altında isə 22-23° C və 33-47 faiz rütubət olmalıdır.

Məhsulun xarab olmasının qarşısını almaq üçün vaxtaşırı zədəli kartofları seçib kənarlaşdırmaq lazımdır. Çünki bir kartofda yaranan zədə digərlərinin də çürüməsinə səbəb olacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər VİDEOREPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNİB VİDEO

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar