ELM VƏ TƏHSİL


“Rəqəmsal bacarıqlar” layihəsinin İdarəetmə Komitəsinin 14-cü görüşü keçirilib

Bakı, 11 noyabr, AZƏRTAC 

Noyabrın 11-də “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində məsələlərin müzakirəsi və qərarların qəbul edilməsi məqsədilə layihənin İdarəetmə Komitəsinin 14-cü görüşü keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, təhsil naziri Emin Əmrullayevin sədrliyi ilə keçirilən görüşdə beynəlxalq “Alqoritmika” şirkətinin nümayəndələri tərəfindən layihənin 2020-2021-ci tədris ilində əhatə dairəsinin genişləndirilməsi və inkişafı istiqamətində görülən işləri əks etdirən təqdimat nümayiş olunub. Görüş zamanı hazırda məktəblərdə layihənin səmərəli tətbiqi üçün həyata keçirilən fəaliyyətlərin nəticələrinin və hədəflərin müzakirəsi də aparılıb.

Daha sonra “Alqoritmika” şirkətinin nümayəndələri yeni təşəbbüslərlə çıxış ediblər.

Qeyd edək ki, cari tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilib. Layihə hazırda 9 şəhər və rayon üzrə 222 məktəbdə tətbiq edilir və 120 000-dək şagirdi əhatə edir. Şagirdlərdə alqoritmik düşüncə, məntiqi təfəkkür, layihə qurmaq bacarıqlarının inkişafı və proqramlaşdırmanın əsaslarının öyrətmək məqsədilə həyata keçirilən layihəyə 2017-2018-ci tədris ilində start verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.