Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Rəqəmsal innovasiyaların tətbiqi vətəndaşların ədliyyə sisteminə əlçatanlığını asanlaşdırır

Rəqəmsal innovasiyaların tətbiqi vətəndaşların ədliyyə sisteminə əlçatanlığını asanlaşdırır

Bakı, 27 iyul, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin rəqəmsal cəmiyyətin inkişafı, müasir İKT-dən istifadə etməklə əhaliyə elektron xidmətlərin göstərilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq Ədliyyə Nazirliyi tərəfindən innovasiyaların tətbiqinə xüsusi önəm verilir, müxtəlif reyestrlər, elektron informasiya resursları aparılır, ədliyyə xidmətlərinin keyfiyyəti daim təkmilləşdirilərək dairəsi genişləndirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ədliyyə nazirinin müavini Eldar Nuriyevin sədrliyi ilə keçirilən müşavirədə bu sahədə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub, müasir texnoloji yeniliklərin tətbiqinin vətəndaşların ədliyyə sisteminə əlçatanlığının asanlaşdırılmasına, şəffaflığın təmin olunmasına xidmət etdiyi vurğulanıb.

Nazirliyin İnformasiya və kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə məruzə ilə çıxış edərək ötən dövrdə ədliyyə sahəsində tətbiq olunan innovasiyalar, onların səmərəli təşkili ilə bağlı görülən tədbirlər barədə məlumat verib.

Qeyd edib ki, bu il əhalinin hüquqi biliklərinin artırılması məqsədilə milli qanunvericiliyin yeni, funksionallığı və əlçatanlığı ilə fərqlənən vahid elektron bazası (e-qanun.az) istifadəyə verilib və həmin resursa daxilolmaların sayı 1,1 milyonu ötüb.

Eyni zamanda, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqinin ədalət mühakiməsinin səmərəsini artırdığı, şəffaflığı və operativliyi təmin etdiyi, proses iştirakçılarına “şəxsi kabinet”ə sahib olmaqla tərəf olduqları işlər barədə məlumatları elektron qaydada əldə etmək, prosesdə videokonfrans formatında iştirak etmək imkanı yaratdığı vurğulanıb, indiki pandemiya şəraitində bu innovasiyaların tətbiqinin xüsusi əhəmiyyəti qeyd olunub. Bildirilib ki, məhkəmələrin, həmçinin e-məhkəmənin digər dövlət qurumları ilə qarşılıqlı inteqrasiyası hesabına zəruri sənədləri ani vaxt rejimində əldə etməsi insanların rahatlığına xidmət etməklə əlavə vaxt itkisinin qarşısını alır.

Həmçinin informasiya sisteminin keyfiyyətli və dayanıqlı fəaliyyəti diqqətdə saxlanılır, e-məhkəmə istifadəçiləri üçün yaradılmış “qaynar xətt” vasitəsilə daxil olan müraciətlərə operativ baxılaraq zəruri tədbirlər görülür.

E-məhkəmənin tərkib hissəsi olan “Elektron icra” sisteminin tətbiqi məhkəmə qərarlarının icrasının səmərəsini artırıb, sistem müxtəlif orqanlarla inteqrasiya edilərək zəruri sənədləri, o cümlədən borclunun avtonəqliyyat vasitələrinə, əməkhaqqı, pensiya və digər ödənişlərinə, daşınmaz əmlakına və sair məlumatlarına dair sənədləri dərhal onlayn qaydada almağa imkan verir. Sistemin funksionallığı artırılaraq vətəndaşlara tərəf olduqları icra işlərinin gedişatını izləmək, görülən icra tədbirləri barədə məlumatları əldə etmək imkanı yaradılıb.

Tədbirdə, həmçinin azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin geniş tətbiqi, bu il məhkumların e-qolbaqla tam təmin edildiyi qeyd olunub, həmçinin ictimai işlərin yerinə yetirilməsi vəziyyətinin izlənilməsinə və cəza çəkməkdən yayınma hallarının dərhal aşkarlanmasına imkan verən xüsusi monitorinq qurğusunun istifadəsinə başlanıldığı və artıq 140 nəfərə yaxın şəxsə bu elektron vasitənin tətbiq olunduğu diqqətə çatdırılıb.

Bundan əlavə, böyük vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqinin funksionallığının daim təkmilləşdirildiyi, artıq insanların bir sıra hüquqi, o cümlədən müxtəlif etibarnamələrin, razılıq ərizələrinin əldə edilməsi ilə bağlı xidmətlərdən notariata getmədən mobil telefonla yararlandığı bildirilib, 120 mindən çox istifadəçisi olan “Mobil notariat” vasitəsilə birinci yarımildə on minlərlə notariat hərəkətinin rəsmiləşdirildiyi qeyd olunub.

Nazirlik tərəfindən əhaliyə göstərilən 30-dan çox elektron ədliyyə xidmətlərindən bəhrələnənlərin sayı birinci yarım ildə 500 mindən çox təşkil etdiyi, vətəndaşların daha çox Azərbaycan adları, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması və vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatların verilməsi ilə bağlı e-xidmətlərdən faydalandığı, hazırda onların sayının artırılması üzrə işlərin davam etdirildiyi vurğulanıb.

Müşavirəyə yekun vuran nazir müavini dövlətimizin başçısının tələblərinə uyğun olaraq işin səmərəliliyinin artırılması, maliyyə intizamının gücləndirilməsi, dövlət vəsaitlərindən qənaətlə istifadə edilməsi, kadr potensialının peşəkar İKT mütəxəssisləri hesabına möhkəmləndirilməsi, innovasiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı konkret tapşırıqlar verib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək