Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Rəqəmsal ticarətlə məşğul olmaq imkanı yaradan “Facebook Shop” xidməti təqdim edilib

Rəqəmsal ticarətlə məşğul olmaq imkanı yaradan “Facebook Shop” xidməti təqdim edilib

Bakı, 2 iyun, AZƏRTAC

“Facebook” istifadəçilərinə sosial şəbəkə üzərindən rəqəmsal ticarətlə məşğul olmaq imkanı yaradan “Facebook Shop” xidmətini təqdim edib.

AZƏRTAC xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “Azexport.az” portalının meneceri Ayxan Qədəşov təqdim olunan yeni xidmətin üstünlükləri və ölkəmizdə tətbiqinə dair sualları cavablandırıb.

- “Facebook” sosial şəbəkəsi daxilində məhsul satışı imkanının yaradılmasını necə qiymətləndirirsiniz?

- Koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısını almaq üçün görülən məhdudlaşdırıcı tədbirlərdən kiçik və orta bizneslər ciddi şəkildə zərər çəkdi. Buna başlıca səbəb bu sinifdən olan bizneslərin əksər hallarda “təhlükəsizlik yastığı”nın, yəni gələcəkdə mümkün böhranının idarə olunması üçün yetərli maliyyə vəsaitinin olmamasıdır. Müəyyən maliyyə vəsaiti olsa belə, bu əksər hallarda qısa müddət üçün nəzərdə tutulur. “Facebook”un yaratdığı yeni xidmət istehsalçıları əlavə xərc çəkmədən məhsul və xidmətlərin birbaşa rəqəmsal satış kanalı vasitəsilə müştərilərə təqdimetmə imkanı yaradır. Beləliklə “Facebook Shop” xidmətini maliyyə böhranından daha az zərərlə çıxmaq üçün kiçik bizneslərə böyük dəstək kimi də qiymətləndirə bilərik.

- “Facebook Shop” “Amazon”a rəqib ola bilərmi?

- Cavaba keçməzdən öncə bir neçə statistikaya nəzər yetirmək maraqlı olar. İlk olaraq qeyd edim ki, “Facebook” platformasının 2020-ci ilin təkcə mart ayında 2,6 milyard aktiv ziyarətçisi olub. Gün ərzində isə 1,7 milyard insan bu sosial şəbəkəni ziyarət edir. Bu ilin ilk rübündə sözügedən sosial şəbəkə 17,4 milyard ABŞ dolları dəyərində reklam gəliri əldə etdiyini açıqlayıb. “Amazona” gəldikdə isə, “Oberlo” tərəfindən təqdim olunan məlumatlara əsasən, 2019-cu ilin sentyabr ayında rekord sayda, yəni 150 milyon insan “Amazon”un mobil əlavəsindən istifadə edərək onlayn ticarət edib. “Statista.com” portalının məlumatına əsasən, ay ərzində “Amazon” platformasını 213 milyon insan ziyarət edir. Təqdim olunan son rəqəmlərdə şirkətin cari ilin ilk rübündə 75,5 milyard dollar dəyərində satışdan 2,5 milyard dollar xalis gəlir əldə etdiyi göstərilir. Həmçinin ABŞ-da yerləşən KOB-lar (kiçik və orta biznes) tərəfindən “Amazon”da dəqiqədə 4000-dən çox məhsul satıldığı məlumdur. Ümumilikdə isə, “Amazon” platformasında satılan məhsulların 67 faizi KOB-ların payına düşür. “Big commerce” tərəfindən aparılan sorğuya əsasən, respondentlərin 90 faizi rəqib platformalarda da mövcud olan məhsulu məhz “Amazon”dan almağa üstünlük verdiklərini bildiriblər.

“Facebook”un açıqlamasına görə, yeni xidmət gəlir əldə etmək deyil, pandemiya dövründə KOB-lara dəstək məqsədilə yaradılıb. Bu səbəbdən ilkin olaraq xidmət istifadəçiləri ödənişlər zamanı yaranan kiçik bank komissiyalarının ödənilməsindən başqa xərclərə cəlb olunmurlar. “Amazon” platformasında isə satılan hər məhsulun dəyərindən 14-20 faiz komissiya və ya sabit aylıq abunə haqqı tutulur. Bu məqamları nəzərə alıb “Facebook”un başlanğıcda müəyyən uğur əldə edəcəyini demək mümkündür. Lakin onu da nəzərə almaq lazımdır ki, insanlar uzun illər ərzində müəyyən vərdişlərə yiyələnirlər. Bu vərdişlərdən biri də “Facebook”un məlumat mübadiləsi və ya hər hansısa bir mövzuda müzakirələrin aparılması üçün rəqəmsal məkan olaraq qəbul olunmasıdır. Düşünürəm ki, platformaların ziyarətçi sayı və xidmət haqqı komissiyaları arasında fərqlərin mövcud olmasına baxmayaraq, “Facebook” “Amazon”a qarşı daha ciddi üstünlüklər təklif etməsə rəqabətə davam gətirməsi elə də asan olmayacaq.

- Azərbaycan şirkətləri “Facebook”un yeni imkanlarından istifadəyə nə qədər maraqlı olacaq? Ümumiyyətlə yeni xidmətin ölkə ərazisində geniş yayılması gözlənilirmi?

- “Facebook” tərəfindən istifadəyə verilən xidmət hazırda sınaq mərhələsində olduğundan yalnız ABŞ üçün tam funksionaldır. Növbəti mərhələdə qərbi Avropa ölkələri üçün xidmətin bütün imkanlarının təqdim olunması nəzərdə tutulub. Burada söhbət sifariş olunacaq məhsulların ödənişinin onlayn olaraq “Facebook” üzərindən həyata keçirilməsi və məhsulların ünvana çatdırılması xidmətindən gedir. “Facebook Shop” digər ölkələrdə məhsulların nümayiş olunması üçün vitrin rolunu oynayır. Mövcud vəziyyətdə xidmətin populyarlıq qazanacağını və geniş istifadə olunacağını hesab etmirəm. Lakin Amerika bazarında sınaqdan uğurla keçərsə və digər dövlətlər üzrə də tam funksionallığ təmin olunarsa, ölkəmizdə də geniş istifadə olunacağını hesab edirəm.

- “Azexport.az” internet portalının “Facebook Shop”a inteqrasiya olunması gündəmdədirmi?

- Hazırda “Azexport.az” internet portalı “Made in Azerbaijan” brendli məhsulların xarici bazarlarda rəqəmsal ticarət platformaları vasitəsilə təşviqinin aparılması üçün “Amazon.com”, “Alibaba.com”, “Agroserver.ru”, “All.biz”, “Go4worldbusiness.com” kimi geniş auditoriyaya malik olan portallara inteqrasiya olunub. İnteqrasiya proseslərinin müsbət nəticəsi olaraq 2017-ci ilin yanvar ayından bu il aprelin 30-na kimi (40 ay ərzində) 141 ölkədən “Azexport.az” internet portalına 1,8 milyard dollar dəyərində ixrac sifarişi daxil olub. Portalın uğurlu fəaliyyəti nəticəsində ixrac coğrafiyası genişlənib. Belə ki, əvvəllər qida və dərman məhsullarının ixracı imkansız olan əksər Ərəb, Okeaniya və Amerika qitəsi ölkələrinə məhsul ixracı artıb. Portalın idarə olunması zamanı resursların səmərəli istifadə edilərək minimum xərclə maksimum effektivliyə nail olunması prinsipi əsas götürülür. Bu baxımdan “Facebook Shop” ABŞ-da sınaq mərhələsini bitirib və xidmətlərini tam funksional təqdim etdikdən sonra müəyyən təhlillər aparılacaq. Təhlillərin nəticəsinə əsasən, portalın gələcəkdə bu xidmətlərə inteqrasiya olunması barədə qərar qəbul ediləcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir