Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Rəşad Mahmudov: COVID-19 peyvənd və müalicə üsulları tapılana qədər bizimlə birlikdə olacaq

Rəşad Mahmudov: COVID-19 peyvənd və müalicə üsulları tapılana qədər bizimlə birlikdə olacaq

Bakı, 2 iyun, AZƏRTAC

Etiraf etmək lazımdır ki, bu gün koronavirusla əlaqədar olan suallara konkret cavablar yoxdur. Statistikaya gəldikdə isə təzadlı mənzərə görünür: yoluxma sayı az olanda sərt karantin rejimi, yoluxma sayı çox olanda yumşaltma tətbiq olunur. Məsələyə bir az fərqli prizmadan yanaşaq. Bir vaxtlar ölkəmizdə koronavirusa yoluxmuş 50 xəstə olanda gün ərzində daha 10 xəstənin aşkar edilməsi 20 faiz artım demək idi. Bu gün ay yarım-iki ay əvvəl ilə müqayisədə ölkədə xəstəlikdən ümumən sağalanların sayını da nəzərə almalıyıq. Ona görə də nisbi olaraq rəqəmlərin yüksəlməsi normal haldır. Əslində bunu normal olaraq qəbul etmək doğru deyil, gərək bu səhv anlaşılmasın. Lakin bu, heç də məsələnin nəzarətdən çıxması demək deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, parlamentin Səhiyyə komitəsinin sədrinin müavini, tibb elmləri doktoru Rəşad Mahmudov deyib.

O, fikrinə davam edərək deyib: “Pandemiyanın ilk günlərində söhbət dalğanın böyüklüyü və ona qarşı göstərilən müqavimətdən gedirdi. İki ay əvvəl istər dünyada, istərsə də ölkəmizdə bu hadisəyə qarşı hazırlıqsız idik. Həmin dalğanın qarşısını hazırlıqsız almamaq üçün ciddi karantin tədbirləri həyata keçirildi və bunun nəticəsində həm vətəndaşların təhlükəsizliyi təmin olundu, həm də aidiyyəti qurumlar öz hazırlıq işlərini görə bildilər. Elə bunun nəticəsində bu gün Azərbaycan səhiyyəsinin hansı səviyyədə baş verə biləcək dalğanın qarşısını ala biləcəyi və bunu hansı şəkildə edə biləcəyi ilə əlaqədar xüsusi planı var. Buraya yeni müalicə müəssisələrinin, qısa müddətdə bir neçə modul tipli xəstəxananın açılmasını aid etmək olar. Bu gün dövlət tərəfindən sadəcə tibbi nöqteyi-nəzərdən deyil, iqtisadi, sosial, psixoloji və bir çox məsələlərə görə Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi qaydalara uyğun olaraq karantin şərtlərinin yumşaldılması və məhdudiyyətlərin ləğv olunması həm hökumət, həm də cəmiyyət üçün arzuedilən yoldur və bu yol məharətlə keçilib.

Bu cür xəstəliklər bundan əvvəl də olub və bundan sonra da olacaq. Lakin COVID-19 yəqin ki, peyvənd və müalicə üsulları tapılana qədər hələ uzun müddət bizimlə birlikdə olacaq. Ataların gözəl bir sözü var: “Dərin olan quyu deyil, qısa olan ipdir”. Bəzən suallara cavab tapa bilməyəndə quyunun dərinliyindən şikayətlənirik. Amma bu gün dünya elminin əlində olan bilgilər yetərsizdir. Ona görə quyunun dərinliyini bəhanə etmədən ən səmərəli müalicə forması sosial izolyasiyadır, ən səmərəli yol - verilən tövsiyələrə əməl etməkdir. Ən başlıcası isə bütün bunları həyat tərzi halına gətirməkdir. Düşünməyək ki, iki il bundan sonra bəzi qaydalar dəyişiləcək. Əlbəttə, gələcək nəslin nümayəndələri görüş və ünsiyyət formasında indiyədək o qədər də fərqində olmadığımız bəzi formalardan imtina etsələr, daha çox təhlükəsizliyi təmin etmiş olarlar. Təkcə COVID-19 deyil, ümumən xəstəxana infeksiyaları dünyada həmişə problem olub və mütəxəssislərin illərlə ən çox mübarizə apardığı bir məsələdir. Əlli il bundan əvvəl də belə olub və yüz il də bundan sonra üçün aktual olan bir həqiqət var. İnfeksiyaların yoluxma və artmasının, xəstəxana içərisində təhlükələrin azaldılması üçün ən səmərəli yol əllərin yuyulması, gigiyenaya əməl edilməsi, təmizliyin və əl təmasının qorunmasıdır. Ona görə də biz hansısa əmr və cəzalandırma yolu ilə deyil, stressə girmədən bu qaydalarla yaşamağı öyrənməliyik”.

“Son günlər bütün dünyada bir məsələ gündəmi zəbt edib və müzakirə olunur. İtaliya mütəxəssislərinin fikrincə, COVID-19 virus deyil, sadəcə bakteriyadır. Bunu müzakirə edərkən hadisənin mənbəyini araşdıraraq onun haradan gəldiyinə fikir vermək lazımdır. Əgər onların söylədiyi versiya həqiqət olsaydı, onda bu elmi jurnallarda dərs edilər və sübut edilmiş tibbi dəlil kimi dünya mütəxəssisləri, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən istifadə olunardı. Bakterial pnevmoniya və infeksiyalar həmişə olub və virusla əlaqədar olaraq ikinci pnevmoniyaların əmələ gəlməsi tibbə məlum olan məsələlərdir. Bunlar qəbul edilən ehtimallar deyil. Təəssüf ki, bəzən cəmiyyət içərisində bu cür məlumat və ehtimallara inanmaq, bizə sərf edən fikri qəbul etmək marağı olur. Bizə sərf etməyən məlumatlara inanmır, deyilənlərin hamısının yalan olmasını istəyirik. Biz ən qısa zamanda bu problemlərdən uzaq və rahat bir həyata qayıda bilərik. Elm də, məntiq də, ağıl da, hökumətlər də, Ümumdünya Səhiyyə Təşkilatı da böyük iqtisadi və psixoloji təsirlərə, düşdükləri ziyana baxmayaraq, koronavirusla mübarizədə uğur qazanmaq üçün hər şeyi edirlər və şübhəsiz ki, uğur da qazanılacaq”, - deyə R.Mahmudov fikrinə yekun vurub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib