ELM VƏ TƏHSİL
Rəsədxanada astroseminar: Qravitasiyanın alternativ nəzəriyyələri və kosmologiya
Bakı, 13 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Qravitasiyanın alternativ nəzəriyyələri və kosmologiya” mövzusunda astroseminar keçirilib.
Rəsədxanadan AZƏRTAC-a bildiriblər ki, seminarda bu elmi müəssisəsinin Nəzəri astrofizika və kosmologiya şöbəsinin aparıcı elmi işçisi Bala Əli Rəcəbovun mövzu üzrə məruzəsi dinlənilib.
Məruzəçi fəza-zaman metrikasının siqnaturasından və Riman-Riççi tenzorunun təyinindən asılı olaraq Eynşteyn tənliklərinin hansı formalarda yazıldığı barədə məlumat verib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.