ELM VƏ TƏHSİL


“Reseptordan refleksə doğru” monoqrafiyası nəşr olunub

Bakı, 23 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun hüceyrələrin morfofunksional plastikliyi laboratoriyasının rəhbəri, biologiya elmləri doktoru, professor Fəxrəddin Əsgərovun “Reseptordan refleksə doğru” monoqrafiyası nəşr olunub.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, monoqrafiya bioloji tibbin ən aktual məsələlərindən olan qidalanmanın biotik dövriyyənin bir faktoru kimi, interoreseptiv mübadilə reflekslərinə həsr olunub.

Monoqrafiya 6 fəsildən ibarətdir. Fəsillərdə reseptorlar, onların funksiyaları və refleksləri, heyvanların şərti-refleks aktivliyinin formalaşmasında dominant, motivasiya və emosiya əlaqələrinin rolu barədə məlumat verilib. Həmçinin qidanın biotik dövriyyədə və beynin inteqrativ fəaliyyətinin formalaşmasında təkamülün roluna dair tədqiqatların nəticələri təqdim olunub. Monoqrafiyada interoreseptiv mübadilə reflekslərinin mexanizminin periferik və mərkəzi əlaqələri və s. barədə də məlumat verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.