İQTİSADİYYAT
Rəsmi Tehran Azərbaycanın enerji infrastrukturlarından istifadə barədə təklifini nəzərdən keçirir
Tehran, 1 oktyabr, AZƏRTAC.
Rəsmi Tehran Azərbaycanın enerji infrastrukturlarından istifadə etmək barədə təklifini nəzərdən keçirir.
Bu sözləri yerli mətbuata açıqlamasında İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin deyib.
Diplomat qeyd edib ki, İran qaz ehtiyatlarının həcminə görə dünyada ikinci yeri tutur. Avropa dövlətləri də İrandan qaz almaq istəyirlər ki, bu da rəsmi Tehrana mavi yanacaq ixrac etmək imkanı yaradır. Buna görə də Azərbaycanın Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) layihələrində İranın da iştirakı ilə bağlı təklifi ciddi şəkildə araşdırılır.
M. Pakayin diqqətə çatdırıb ki, hazırda İran ilə Azərbaycan arasında enerji sahəsində əməkdaşlıq əlaqələri mövcuddur. İrana tətbiq edilən sanksiyaların ləğvindən sonra bu əməkdaşlıq daha da genişlənəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]