CƏMİYYƏT


Respublika Diaqnostika Mərkəzi Şağan qəsəbəsindəki 1 saylı uşaq evində xeyriyyə aksiyası həyata keçirib

Bakı, 26 avqust, AZƏRTAC

Avqustun 26-da Respublika Diaqnostika Mərkəzinin (RDM) heyəti Şağan qəsəbəsində yerləşən Dövlət Sosial Müdafiə Fondunun 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində xeyriyyə aksiyası həyata keçirib. Mərkəzin peşəkar həkimləri bu müəssisədə dövlət himayəsində yaşayan və xüsusi qayğıya ehtiyac duyan, xüsusilə də ağır sağlamlıq problemləri olan uşaqları müəssisənin öz həkim heyəti ilə birgə bir neçə saat ərzində müayinə ediblər. Müəssisənin baş həkimi daxili həkim heyəti ilə birgə əlavə məsləhətləşmələr apararaq, yeni müalicə metodları təklif edib.

Bu barədə AZƏRTAC-a Səhiyyə Nazirliyin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, 1 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsində yaşayan yüzlərlə uşaq üçün müasir tələblərə cavab verən şəraitin yaradılmasında Heydər Əliyev Fondunun böyük dəstəyi var. Bu kimi tədbirlər bir daha göstərir ki, Azərbaycanda xüsusi qayğıya ehtiyac duyan uşaqlara diqqət və onların tibbi xidmətlərlə təmin edilməsi ölkəmizdə tətbiq edilən uğurlu sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.