MƏDƏNİYYƏT


Respublika Gənclər Kitabxanası yeni metodiki vəsait hazırlayıb

Bakı, 5 may, AZƏRTAC

C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası yeni metodiki vəsaiti oxucuların istifadəsinə təqdim edib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxana tərəfindən təqdim edilən bu metodiki vəsait “Sərgilər: panoramaların ideyası” adlanır.

Metodik təminatı və təlimi üzrə hazırlanan bu vəsait öz effektivliyini sübut etmiş sərgilər baxımından kitabxana mütəxəssislərinin, tələbələrin, istifadəçilərin marağına səbəb olacaq.

Vəsaitdə "Xalqlar çoxdur-ölkə birdir", "Ədəbi labirint", "Soyuq müharibə rəngləri", "Kitab cazibəsi" - 4 metodiki layihə işlənərək kitabxana işçilərinin, tələbələrin ixtiyarına verilib.

Hər metodiki işin məqsədi, vəzifəsi, hədəf auditoriyası, təqdim edilən sərgilərin konsepsiyası, icmalda əks olunub. Vəsaitdə diqqəti cəlb etmək üçün kitabxana sərgilərinin şəkillərindən, müxtəlif illüstrasiyalardan istifadə edilib.

Hər metodiki layihə biblioqrafik siyahı ilə təmin olunub. Siyahıda vətən, xarici ədəbiyyat, elektron resurslar da əksini tapıb.

Metodiki işin əsas konsepsiyası kompüter texnologiyaları vasitəsilə hər kəsə açıq olan metodiki informasiya mühiti yaratmaqdır.

Təklif olunan nəşr müəllif layihələrini ehtiva edir. Burada əsas məqsəd kitabxana sərgilərinə mətbuat, kitabxananın veb-saytı , sosial şəbəkələr vasitəsilə oxucunun diqqətini cəlb etmək, mütaliəyə marağı artırmaqdır. Materiallar planlaşdırma, interaktiv sərgilərin hazırlanması, fondla işləmək, kitabxanaların əyani işinin inkişafına kömək etmək üçün faydalı ola bilər.

İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan metodiki vəsaitə http://ryl.az/files/sergi.pdf linki vasitəsilə baxa bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.