CƏMİYYƏT


Respublika Gününə həsr edilmiş “Azərbaycan-yurdum mənim” adlı onlayn şeir müsabiqəsi keçirilib

Bakı, 23 may, AZƏRTAC

Salyan Rayon Gənclər və İdman İdarəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların istedadlarının, yaradıcılıq potensiallarının üzə çıxarılması məqsədi ilə 28 May - Respublika Gününə həsr edilmiş "Azərbaycan- yurdum mənim" adlı onlayn şeir müsabiqəsi keçirilib.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, videoçarx formatında təqdim olunan şeirlər münsiflər heyəti tərəfindən qiymətləndirilib. Münsiflər heyətinin qərarına əsasən, birinci yeri Aytac İsgəndərli (şəhər 4 saylı tam orta məktəb), ikinci yeri Fərid Sadıqov (şəhər 2 saylı tam orta məktəb), üçüncü yeri Aysu Əsədova (şəhər 7 saylı məktəb-lisey) tutub. Mirdavud Mirsalahov (şəhər 7 saylı məktəb-lisey), Mətanət Məmmədzadə (şəhər 6 saylı tam orta məktəb) və Gülçin Rüstəmli (şəhər 8 saylı tam orta məktəb) müsabiqənin fərqlənmiş iştirakçıları seçiliblər.

Onlayn şeir müsabiqəsinin qalib və fərqlənmiş iştirakçıları ilə yaşadıqları ünvanda görüş keçirilib. Görüşdə rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov qalibləri və fərqlənmiş iştirakçıları diplomlarla təltif edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.