MƏDƏNİYYƏT


Rəssamlıq Akademiyasında “Dostluq sərgisi” açılıb

Bakı, 17 sentyabr (AZƏRTAC). Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində həvəskar “Dostluq sərgisi” açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə rəssam Şəmsəddin Böyükdüzlünün və onun tələbələrinin, dostlarının kollektiv rəsm əsərləri nümayiş olunub. Bu əsərlər sırasında “Kəlbəcər haqqında”, “Fırtına və ölüm”, “Rəssamın xəyalları”, “Nur yolu”, “Dərdli laləgül”, “Cənnət və kainat”, “Günahkar” və digərləri yer alıb. Müxtəlif mövzuları əhatə edən bu əsərlər mənzərə, natürmort, abstraksiya və kağızdan hazırlanmış fiqurlardan ibarətdir.

Sərgidə iştirak edənlər sırasında fiziki qüsurlu həvəskar rəssamların da əl işləri vardır.

Tədbirdə əsərlərin satışı da həyata keçirilib. Sərginin bütün iştirakçılarına Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının diplomları təqdim olunub.

Sentyabrın 20-dək davam edəcək sərgidə 100-dən artıq yağlı boya, sulu boya, karandaş və qarışıq texnikalarda işlənilmiş rəsm əsəri nümayiş olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.