DÜNYA


Reuters və Associated Press feyk xəbərlərlə mübarizədə tviterə yardım edəcək

Bakı, 3 avqust, AZƏRTAC

Tviter kompaniyası öz sosial şəbəkəsində feyk xəbərlərlə daha effektiv mübariz aparmaq üçün Reuters və Associated Press agentlikləri ilə əməkdaşlığa başladığını elan edib.

AZƏRTAC BBC teleradio kompaniyasına istinadla xəbər verir ki, informasiya agentlikləri sosial şəbəkənin əməkdaşlarına hadisələr haqqında daha çox kontekst və məlumat verəcək. Kompaniya ümid edir ki, bu addım yalan informasiyanın platformada yayılmasına qarşı fəaliyyəti gücləndirəcək və feyk xəbərlərin yer aldığı məlumatları operativ silməyə kömək edəcək.

Tviter koronavirus pandemiyası barədə dezinformasiya ilə mübarizə kampaniyası çərçivəsində 2020-ci ilin mart ayından bəri müvafiq məzmunlu 8,4 min məlumatı sosial şəbəkədən çıxarıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.