Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Reydlər zamanı qanunsuz yolla əldə edilmiş meşə materialları və kömür quyuları aşkarlanıb

Reydlər zamanı qanunsuz yolla əldə edilmiş meşə materialları və kömür quyuları aşkarlanıb

Bakı, 23 noyabr, AZƏRTAC

Meşə sahələrindən ağacların qanunsuz kəsilərək ağac emalı sexlərinə daşınması barədə müxtəlif yuxarı instansiyalara və nazirliyə çoxsaylı şikayətlərin daxil olması ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 70 nəfərdən ibarət geniştərkibli komissiya yaradılıb. Komissiya tərəfindən Oğuz və İsmayıllı Meşə Mühafizəsi və Bərpası Müəssisələrinin (MMBM) ərazilərində meşələrin qorunub mühafizə edilməsi vəziyyəti kompleks araşdırılıb və regionlarda reydlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən xəbərə görə, aparılan yoxlamalar zamanı hər iki müəssisədə meşələrin qorunub mühafizə edilməsi işinin qeyri-qənaətbəxş təşkil olunduğu və qanunsuz qırıntılara yol verildiyi müəyyən olunub. Belə ki, son dörd ay ərzində Oğuz MMBM-in ərazisində 4807,93 kubmetr həcmində, 60134 manat dəyərində 4180 və İsmayıllı MMBM-in ərazisində 2061,55 kubmetr həcmində, 14578 manat dəyərində 4830 ədəd ağacın qanunsuz olaraq kəsildiyi aşkar edilib. Məsələyə hüquqi qiymət verilməsi, təqsirkar və cavabdeh şəxslərin məsuliyyətə cəlb edilməsi üçün sənədlər hüquq mühafizə orqanlarına göndəriləcək.

Meşə ərazilərində aşkar olunmuş qanunsuz kəsilmiş ağacların istifadə mənbəyini müəyyənləşdirmək məqsədilə ETSN-in əməkdaşları tərəfindən noyabrın 2-dən 20-dək magistral avtomobil yollarında reydlər keçirilib. Reydlər zamanı Oğuz, İsmayıllı, Göyçay, Şəki rayonları ərazisində əsasən gecə saatlarında yük yerlərində meşə materialları olan 15 avtomobil aşkarlanıb. Nazirliyin əməkdaşları tərəfindən həmin maşınlar izlənilib. Görülən tədbirlər nəticəsində maşınlarda olan meşə materiallarının Göyçay, Şəmkir və Tovuz rayonlarında fəaliyyət göstərən yeşik hazırlanan sexlərə daşındığı müəyyən edilib. Həmin avtomobillərdə qanunsuz yolla əldə olunmuş 97,5 kubmetr həcmində fıstıq, vələs, palıdcinsli yerli meşə materialları aşkar olunaraq sənədləşdirilib.

Bununla bağlı meşə materiallarının daşındığı Göyçay, Şəmkir və Tovuz rayonlarındakı yeşik hazırlanan sexlərə baxış keçirilib və 15 sexin fəaliyyət göstərdiyi müəyyən olunub.

Belə ki, Göyçay rayonunun Cəyirli kəndində Şirvan İsmayılova məxsus 130 kvadratmetr ərazidəki yeşik sexində qanunsuz yolla əldə olunmuş fıstıqdan hazırlanmış 6,5 kubmetr həcmində, 1291,94 manat dəyərində yeşik taxtası, Əvəz Rəsulova məxsus 120 kvadratmetr ərazidə 3 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,8 kubmetr həcmində, 357,77 manat dəyərində fıstıqcinsli, Asim Seyidova məxsus 300 kvadratmetr ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 4,8 kubmetr həcmində, 954,05 manat dəyərində fıstıqcinsli, Elçin Məmmədova məxsus 250 kvadratmetr ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 3,7 kubmetr həcmində, 735,41 manat dəyərində fıstıqcinsli, Qarabaqqal kəndində Nadir Yəhyayevə məxsus 400 kvadratmetr ərazidə 3 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,2 kubmetr həcmində, 238,51 manat dəyərində fıstıqcinsli, Çayarxı kəndində Məzahir İsrafilova məxsus 300 kvadratmetr ərazidə 4 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 5 kubmetr həcmində, 993,8 manat dəyərində fıstıqcinsli, Göyçay şəhəri Bahəddən Mirzəyev küçəsində Ədalət Qasımova məxsus 300 kvadratmetr ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində 4,1 kubmetr həcmində, 814,91 manat dəyərində fıstıqcinsli, Samir Mustafayevə məxsus 500 kvadratmetr ərazidə 5 ədəd mişar quraşdırılmış yeşik sexində 3,5 kubmetr həcmində, 321,77 manat dəyərində fıstıqcinsli, Heydər Əliyev prospektində Yaqub Məmmədova məxsus 120 kvadratmetr ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində 4,06 kubmetr həcmində, 308,46 manat dəyərində fıstıq və vələscinsli, İsmayıl Yaqubova məxsus 200 kvadratmetr ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində 4,2 kubmetr həcmində, 834,80 manat dəyərində fıstıqcinsli, Şəmkir rayonunun Düyərli kəndində Yaşar Qəmbərova məxsus 70 kvadratmetr ərazidə yeşik sexində 2 ədəd mişar quraşdırılmış qanunsuz yolla əldə olunmuş 4 kubmetr həcmində, 795,04 manat dəyərində fıstıqcinsli, Azər Verdiyevə məxsus 50 kvadratmetr ərazidə 2 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 4 kubmetr həcmində, 795,04 manat dəyərində fıstıqcinsli, Dələr qəsəbəsində Rasim Sadıqova məxsus 40 kvadratmetr ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,5 kubmetr həcmində, 298,16 manat dəyərində fıstıqcinsli, Tovuz rayonunun Qovlar qəsəbəsində Coşqun Binnətova məxsus 20 kvadratmetr ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 1,8 kubmetr həcmində, 357,76 manat dəyərində fıstıqcinsli, Tovuz çayı sahilində Sərxan Mirzəyevə məxsus 40 kvadratmetr ərazidə 1 ədəd mişar quraşdırılmış yeşik sexində qanunsuz yolla əldə olunmuş 2,3 kubmetr həcmində, 457,16 manat dəyərində fıstıqcinsli girdə içlik materialları aşkar edilib.

Aşkar olunmuş faktlar üzrə təqsirkarlar barəsində aktlar tərtib edilib, qanunvericiliyə uyğun qaydada ziyanlar tətbiq olunub və toplanmış sənədlər tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilib.

Eyni zamanda, araşdırmalar zamanı Oğuz və İsmayıllının meşə ərazilərindən qanunsuz yolla əldə olunmuş ağaclardan kömürün hazırlandığı da aşkar edilib. Belə ki, Oğuz rayonunun Muxas, Padar, Sincan, Xalxalqışlaq, Ərmənət, Tayıflı, Qalıncaq, Çəmənli, Mollalı və Calut kəndlərinin 52 həyətyanı sahəsində ağac kömürü hazırlanması məqsədilə quyuların qazıldığı, qanunsuz yolla əldə edilmiş 217,89 kubmetr həcmində meşə materiallarından istifadə edildiyi və meşə fonduna 4514,6 manat məbləğində ziyan dəydiyi müəyyən olunub. Faktlarla bağlı tərtib olunmuş sənədlər qanunauyğun tədbirlərin görülməsi üçün Oğuz Rayon Polis Şöbəsinə göndərilib.

Həmçinin Oğuz rayonu Muxas Bələdiyyəsinin mülkiyyətinə aid torpaq sahəsində kömür hazırlamaq məqsədilə 84 ədəd quyunun qazıldığı və təbiətə 2310 manat məbləğində ziyan vurulduğu müəyyən olunub. Bununla bağlı toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi, təqsirkar şəxslər barəsində qanunauyğun tədbirlərin görülməsi üçün Oğuz Rayon Prokurorluğuna təqdim edilib.

Nazirliyin əməkdaşları tərəfindən görülən operativ tədbirlər nəticəsində qanunsuz yaradılmış kömür quyuları ləğv edilib, ərazi əvvəlki vəziyyətinə gətirilib və gələcəkdə belə hallara yol verilməməsi üçün Muxas Bələdiyyəsinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Reydlər zamanı Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Əhməd Kahveçiyə məxsus “Kissan Parke LTD” müəssisəsinin ərazisinə baxış keçirilərkən palıddan hazırlanmış 50621 kvadratmetr, fıstıqdan hazırlanmış 3600 kvadratmetr taxta materialları və 87 kubmetr palıd taxtası aşkar edilib. Sexin sahibinin təqdim etdiyi sənədlərdə materialların Rusiya Federasiyasının Krasnodar vilayətindən alındığı göstərilir. Lakin faktı araşdırmağa əlavə ehtiyac olduğundan həmin materialların mənşəyinin müəyyən edilməsi üçün hazırda araşdırmalar davam etdirilir. Həmçinin müəssisənin ərazisində 120 kubmetr qoz taxtası aşkar edilib. Müəssisədən verilən sənəddə Oğuz rayonu Xalxal Bələdiyyəsinin sədri Nəriman Ramazanovun və Oğuz rayonu Calut İnzibati Ərazi Dairəsinin nümayəndəsi Teymur Abbasovun arayışlarına əsasən taxtaların hazırlanmasında istifadə edilən qoz ağaclarının Ərmənəd kənd sakinləri Tükəzban Ramazanovanın, Eyvaz Hüseynovun, Eyvaz Dadaşovun, Calut kənd sakinləri İbrahim İbrahimovun, Eldar Müzəffərovun, Kamil Baxşəliyevin və İsabala Xudumovun həyətyanı torpaq sahələrindən kəsildiyi göstərilir. Lakin ağac materiallarının meşə və ya bələdiyyə ərazilərindəki yaşıllıqlardan qanunsuz əldə edilməsinə şübhələr olduğu üçün müvafiq akt tərtib edilib və hazırda kəsilmiş ağacların kötüklərinin həmin həyatyanı torpaq sahələrində olub-olmaması ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qanunsuz yolla əldə edilən meşə materiallarından istifadə edilməsinin qarşısının alınması istiqamətində ETSN tərəfindən reydlər keçirilsə də, sahibkarlıq subyektləri olduğundan ağac emalı sexlərində mütəmadi olaraq monitorinq və araşdırmaların aparılmasına və təqsirkarlar barəsində müvafiq tədbirlərin görülməsinə mövcud qanunvericiliyin tələbləri imkan vermir. Bu məqsədlə həmin sexlərdə araşdırmaların aparılması üçün qanunvericiliyə uyğun qaydada səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyinə müraciət edilib. Eyni zamanda, bütün araşdırma materialları ardıcıl olaraq hüquq mühafizə orqanlarına göndərilir.

Aparılan reydlər zamanı nazirliyin əməkdaşları qanunsuz yolla əldə edilmiş meşə materiallarını daşıyan şəxslərin çox ciddi müqavimətləri ilə üzləşir.

Hazırda reydlər davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır