Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

“Rolling Stone” nəşri Ermənistanın hərbi cinayətləri haqqında: Avropada elə kütləvi məzarlıqlar var ki, siz onların haqqında heç vaxt eşitməmisiniz

Vaşinqton, 12 avqust, AZƏRTAC

Amerikada çıxan nüfuzlu “Rolling Stone” jurnalında Ukrayna mənşəli məşhur amerikalı politoloq Taras Kuzionun “Avropada elə kütləvi məzarlıqlar var ki, siz onların haqqında heç vaxt eşitməmisiniz” sərlövhəli məqaləsi dərc edilib. AZƏRTAC xəbər verir ki, materialda Ermənistan ordusunun və erməni quldur dəstələrinin azərbaycanlılara qarşı törətdiyi hərbi cinayətlərdən bəhs edilir.

Məqalədə vurğulanır ki, hələ Puça (Ukrayna) hadisələrindən 30 il əvvəl, Srebrenitsa (Bosniya) qırğınından əvvəl Avropa sərhədlərində indiyə qədər itkin düşmüş hesab edilən minlərlə dinc sakinin kütləvi şəkildə basdırılması üçün böyük qəbirlər qazılıb. İndi, Azərbaycanın dinc sakinlərinin nəşinin qalıqları aşkar ediləndə Taras Kuzio Puça, Srednitsa, Xocalı faciələrinin dərindən araşdırılması və onlara müvafiq qiymət verilməsi barədə mülahizələrini bölüşür. Müəllif yazır: “2022-ci il aprelin əvvəlində Ədalət Verdiyev belə bir kədərli kəşf etmiş birinci hərbi mütəxəssis oldu. Azərbaycan Ordusu Qarabağda Fərrux strateji yüksəkliyini tutanda və yaxınlıqdakı qəsəbələri işğaldan azad edəndə kəndlərin birində 20 nəfərin nəşinin qalıqları aşkar edildi. Bu qalıqlar 30 il ərzində orada qalmışdı. Eyni zamanda, onların boş qalmış evlərini ermənilər tutublar. Qarabağ regionunun müxtəlif şəhərlərində, o cümlədən Şuşa, Ağdam, Xocavənd və Füzulidə də belə qalıqlar aşkar edilib. Bu ilin ilk üç ayı ərzində 200 nəfərin nəşinin qalıqları tapılıb”.

Azərbaycan ilə Ermənistan arasında Birinci Qarabağ müharibəsində itkin düşmüş 4.000 azərbaycanlının taleyi indiyə qədər naməlum qalır. Puçada qırğının nəticələri – küçələrə dinc ukraynalıların meyitlərinin səpələnməsi Avropanı və bütün dünyanın sarsıtmışdı, lakin 30 il bundan əvvəl Qarabağda azərbaycanlılara qarşı törədilmiş bu hərbi cinayətlərə nədənsə heç kəs diqqət yetirmədi. Birinci Qarabağ müharibəsində həlak olanların çoxsaylı qohumları, dostları onların cəsədlərini götürmək imkanından məhrum idilər.

Kuzio daha sonra yazır ki, 1992-ci ilin fevralında Xocalıda törədilmiş qırğın Birinci Qarabağ müharibəsinin kədərli epizodlarından biridir. Bu qırğın nəticəsində erməni silahlıları 613 nəfər dinc azərbaycanlını qətlə yetiriblər. İki ildən sonra Ruandada tutsilərə qarşı soyqırımı, daha sonra 1995-ci ildə Srebrenitsada Bosniya müsəlmanlarının qətliamı dünyanı sarsıtdı. 1990-cı illərin əvvəlində 30.000 azərbaycanlı qətlə yetirilib. Onların çoxu dinc sakinlər idi. 1994-cü ildə atəşkəs elan olunana qədər müharibə nəticəsində Azərbaycan ərazisinin beşdəbir hissəsi Ermənistan tərəfindən işğal edilib. Təqribən 860.000 etnik azərbaycanlı öz ölkəsində məcburi köçkün vəziyyətinə düşüb. Təqribən 4.000 nəfər itkin düşənlər kimi qeydə alınıb və onların taleyi yalnız indi aydınlaşdırılır.

Sovet İttifaqının dağılmasından 10 il əvvəl kəskin iqtisadi tənəzzül mürtəce və irqçi siyasi qüvvələrin fəallaşmasına şərait yaratdı. İşğal edilmiş Qarabağda beynəlxalq səviyyədə tanınmamış oyuncaq rejimin birinci başçısı, daha sonra Ermənistanın prezidenti olmuş Robert Koçaryan kimi siyasətçilər qəzəblənmiş və yoxsullaşmış əhalini “başqa bir demonik etnik qrupun qurbanları” olmaqda inandıraraq deyirdilər ki, “ermənilər və azərbaycanlılar etnik və genetik baxımdan uyuşmazdırlar”. Bu irqçi müraciət o qədər güclü oldu ki, oyuncaq rejimin bir sıra siyasi və hərbi liderləri Ermənistanın özünün rəhbərliyinə gələ bildilər. Ermənistan prezidenti vəzifəsində Koçaryanı Serj Sarkisyan əvəz etdi. O, öz sələfinin fəaliyyət kursunu davam etdirdi. Koçaryanın prezident olduğu illərdə Sarkisyan müdafiə naziri idi. Neçə-neçə uşağın öldürülməsi, yandırılması, başlarının kəsilməsi ilə nəticələnmiş Xocalı qırğını törədiləndən 8 il sonra Sarkisyan deyib: “Xocalı hadisələrinə qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, lakin ermənilər mülki əhaliyə əl qaldıra bildilər. Biz bunu onlara göstərməli idik”.

Kuzio vurğulayır ki, Xocalı bu kədərli siyahıda yalnız birinci idi. Orta əsrlərdə salınmış gözəl Şuşa şəhərində gedən vuruşmalar müharibənin genişlənməsinə təkan verdi. Ermənilər tərəfindən öldürülmüş yüzlərlə insanın kütləvi məzarlığı yalnız 2021-ci ildə aşkar edildi. Sonra Ağdam gəlir - əhalisi 30.000 azərbaycanlıdan ibarət olan bu sənaye şəhəri tamamilə məhv edilib, məzar daşları dağıdılıb və daha sonra satılıb, şəhərdəki bütün tikililər vəhşicəsinə dağıdılıb. Ermənilərin Xankəndini “azad etmək” planı Azərbaycanın yaxınlıqdakı ərazilərinin ələ keçirilməsi, azərbaycanlı əhalinin oradan qovulması və Azərbaycanın bir hissəsinin zorla ondan qoparılması, işğal edilmiş və dağıdılmış şəhərlərdən ibarət “bufer zonası” yaradılması planına çevrildi. Bu zona minalarla doludur. Müəllif qeyd edir ki, həmin əraziləri minalardan tam təmizləmək üçün on illərlə vaxt lazım gələcək.

Koçaryan və Sarkisyan öz əməllərinə görə hələ də peşman olmayıblar. Əksinə, onların Qarabağda törətdiyi hərbi cinayətlər Ermənistanda siyasi karyera qurmalarına kömək edib. Qarabağda törədilmiş hadisələrə görə ABŞ və Fransada çox böyük gücə malik olan erməni diasporu da təqsirkardır. Nümayəndələr Palatasının üzvü, ABŞ Konqresinin Erməni Kokusunun sədr müavini Adam Şiff bu il Nümayəndələr Palatasının və Senatın büdcə təxsisatları üzrə komitələrini ermənilərin bandit rejimi üçün 50 milyon dollar vəsait ayırmağa çağırıb. Amerikalı vergiödəyicilərinin pullarının verilməsi bununla əsaslandırılırdı ki, “demokratların və onların müttəfiqlərinin torpaqları, mədəniyyəti, mövcudluğu revanşist Azərbaycan tərəfindən təhlükə altındadır”.

Ümumiyyətlə, Ermənistanın guya Qərbin dostu olması ideyası Koçaryanın “ermənilərlə azərbaycanlıların uyuşmazlığı” barədə bəyanatı kimi cəfəng ideyadır. Ukraynaya müdaxilədən cəmi bir neçə gün sonra Qarabağdakı oyuncaq rejimin başçısı Ukraynanın ayrılmaz tərkib hissəsi olan Donetsk və Luqanskın “müstəqilliyinə” sevinirdi. Müəllif yazır ki, Ermənistanın özündə digər siyasi xadimlər özlərini qərbpərəstlər kimi göstərməyə çalışırlar. Ermənistanın indiki baş naziri Nikol Paşinyan Ermənistanın Kollektiv Təhlükəsizlik haqqında Müqavilə Təşkilatından (KTMT) çıxmasını tələb edən qərbpərəst gənclər tərəfindən seçilib. Lakin Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan bu yaxınlarda Rusiya şirkətlərinə açıq müraciət edərək onları Yerevana köçüb gəlməyə, bununla da həmin şirkətlərin qərbin sanksiyalarından xilas olmalarına kömək edir.

İki il bundan əvvəl Ermənistan Qarabağa qeyri-qanuni nəzarətini itirib. Azərbaycanın azad etdiyi ərazilərdə Birinci Qarabağ müharibəsi dövründə öldürülmüş dinc sakinlərin və hərbçilərin kütləvi məzarlıqları aşkar edilib. Bu insanların çoxunun nəşinin qalıqları ekshumasiya edilib və eyniləşdirilib, onların şəxsiyyətinin müəyyən edilməsi üçün DNT-ekspertizalar aparılır. Həqiqətən müəyyən edilməsi üçün keçilməli çox uzun və çətin yol sonda xalqın tarixində qara bir fəsli açmağa imkan verəcək, lakin məlum olduğu kimi, yaralar dərhal sağalmayacaq. Hazırda ciddi ziddiyyətlərin bürüdüyü regionda yeni bir dövr başlanır. İndi azərbaycanlılar və ermənilər inciklikləri keçmişdə qoymalı və sülh yolu axtarmalıdırlar.

Ermənilər üçün bu çətin bir sınaq olacaq, çünki gənc nəsil işğal dövründə böyüyüb, lakin hazırda Ermənistanın özündə sağlam düşüncəli səslər eşidilir: vətəndaşların əksəriyyəti bunu anlamağa başlayıb ki, regionda beynəlxalq hüquq normalarının pozulması millətçilik əlaməti, vətəndaşların diqqətini korrupsiya, kütləvi işsizlik, zəif iqtisadiyyat kimi ümdə problemlərdən yayındırmaq cəhdidir. Bu üç tərkib hissənin hamısı işğalın nəticələridir: Ermənistanın regionda təcrid olunması onun iqtisadi inkişafının üstündən xətt çəkir, bu həqiqəti anlayanlar isə növbəti dondurulmuş münaqişə yükünün altına girmək istəmirlər. Kuzio məqaləsini belə bir çağırışla tamamlayır ki, firavan gələcək qurmaq üçün ilk növbədə, hər iki dövlət və hər iki xalq keçmişin kabuslarından xilas olmalıdır.

 
AZƏRTAC –ın Vaşinqton bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Rusiyanın Londondakı səfiri Britaniya XİN-ə çağırılıb

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib