DÜNYA


Rumıniyada NATO-nun “Steadfast Cobalt 2019” təlimləri başlayıb

Buxarest, 20 may, AZƏRTAC

Rumıniya Müdafiə Nazirliyinin məlumatına əsasən, ölkədə NATO-nun informatika və kommunikasiya sahəsində ən böyük təlimləri hesab olunan “Steadfast Cobalt 2019” təlimləri başlayıb.

AZƏRTAC xəbər verir ki, təlimlər Otopeni şəhərində yerləşən Strateji kommunikasiyalar və informatika mərkəzində keçirilir. Təlimlərdə ümumi olaraq NATO-nun 35 birləşməsindən 1200 hərbçi iştirak edir. C4İSR kommunikasiya sistemi yoxlanılaraq, test və attestasiya ediləcək. “Steadfast Cobalt 2019” təlimlərində əsas məqsəd NATO-nun əməliyyatlarında beynəlxalq dəstəyin hazırlanması, insan və texniki resursların qarşılıqlı uyğunluğunu təmin etməkdir.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.