SİYASƏT


Rusiya Xəzər Dəniz Flotiliyasının  hərbi gəmiləri Bakıya gəlib VİDEO

Bakı, 19 sentyabr, AZƏRTAC

Rusiya Federasiyası Hərbi Dəniz Donanmasının Xəzər Dəniz Flotiliyasının “Velikiy Ustyuq” kiçik raket gəmisi və “MB-58” dəniz yedəyi sentyabrın 19-da Bakıya dostluq səfərinə gəlib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, gəmilərin şəxsi heyəti əvvəlcə Şəhidlər xiyabanını ziyarət edərək, “Əbədi məşəl” abidə kompleksinin önünə əklil və gül dəstələri qoyublar.

Səfər çərçivəsində qonaqlar Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanlığı ilə görüşəcək və Azərbaycan Ali Hərbi Məktəbindəki tədris prosesi ilə tanış olacaqlar.

Proqram çərçivəsində mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə gəmi heyətlərinin Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Səfər sentyabrın 22-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.