DÜNYA


Rusiya Zelenskinin andiçmə mərasiminə dəvət olunmayıb

Bakı, 17 may, AZƏRTAC

Rusiya Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin mayın 20-də keçiriləcək inauqurasiyasına dəvət olunmayan ölkələr sırasındadır.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin spikeri Yekaterina Zelenko məlumat verib.

“Rusiya Federasiyası bu tədbirə dəvət edilməyib. Mərasimə bizim tərəfdaşımız və dostlarımız olan ölkələri dəvət etmişik”, - Zelenko “112 Ukraina” telekanalının efirində belə deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.