DÜNYA


Rusiya dünyanın ən böyük neft istehsalçısıdır

Bakı, 3 avqust, AZƏRTAC

Rusiya neft istehsalında dünya lideridir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın Energetika Nazirliyinin məlumatında deyilir. Bildirilir ki, Rusiya may ayında gündəlik 10 milyon 973 min barrel neft istehsal edib və dünyanın ən böyük neft hasilatçısı olub.

May ayında ABŞ gündəlik 10 milyon 442 min barrel, Səudiyyə Ərəbistanı isə sutkada 10 milyon 15 min barrel neft istehsal edib.

“Rusiya iyulda neft istehsalını gündəlik 240 min barrel səviyyəsində artırıb. May ayında Rusiya ümumilikdə 46,5 milyon ton neft ekvivalenti olmaqla gündəlik orta hesabla 10 milyon 973 min barrel neft istehsal edib”, - deyə nazirlik bildirib.

Ekspertlər hesab edir ki, Səudiyyə Ərəbistanının iyul ayında neft hasilatını 230 min barrel artıraraq gündəlik 10 milyon 650 min barrelə çatdırdığını açıqlaması bazara öz təsirini göstərə bilər.

Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Həmin il dekabrın 10-da Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Ötən ilin noyabrın 30-da OPEC Nazirlər Şurasının 173-cü iclası çərçivəsində təşkilata üzv və kartelə daxil olmayan dövlətlərin nazirlərinin üçüncü görüşündə neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin sonuna kimi uzadılması ilə bağlı qərar qəbul olunub. Cari ilin iyunun 23-də isə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 4-cü iclasında hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Azərbaycanın da dəstəklədiyi bu qərar iyulun 1-dən qüvvədədir.

Yenilənmiş razılaşma üzrə Rusiya neft hasilatını gündəlik 200 min barrel artırmağı nəzərdə tutur. Rusiya yeni sazişi nəzərə alaraq builki neft istehsalı üzrə proqnozunu 3,5 milyon ton artıraraq 551 milyon tona çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.