İQTİSADİYYAT


Rusiya ilə İran arasında Azərbaycan ərazisi ilə yükdaşımaları 30 faiz artacaq

Bakı, 26 noyabr, AZƏRTAC

Rusiya ilə İran arasında Azərbaycan ərazisindən keçən yükdaşımaları 2019-2021-ci illərdə 30 faiz artacaq.

AZƏRTAC xəbər verir ki, bunu Rusiya Federasiyası Dövlət Dumasının Nəqliyyat və Tikinti Komitəsinin sədri Yevgeni Moskviçov “Rusiya nəqliyyatı” Beynəlxalq Forumunda çıxışında söyləyib.

Rusiya ilə İran arasında nəqliyyat sahəsində əməkdaşlığın inkişafından söz açan komitə sədri deyib: “Biz Azərbaycanla razılığa gəlmişik ki, Rusiya ilə Azərbaycan arasında İrana azad tranzit təşkil edilsin. Odur ki, hazırda İrana gedən və İrandan gələn yüklərin həcmi, zənnimcə, 2019-2021-ci illərdə 30 faiz artacaq”.

Azərbaycanın 2005-ci ildə qoşulduğu “Şimal-Cənub” dəhlizinin yaradılması Hindistandan Rusiyaya, habelə Şimali və Qərbi Avropaya yüklərin daşınması müddətini (indiki marşrutla 6 həftədən çox çəkir, “Şimal-Cənub” marşrutu ilə 3 həftə çəkəcəyi gözlənilir) azaltmaq məqsədi daşıyır.

Gözlənildiyinə görə, dəhlizin Azərbaycan ərazisindən keçən hissəsindən birinci mərhələdə 3 milyon ton, ikinci mərhələdə 5-8 milyon ton, üçüncü mərhələdə isə 15 milyon ton yük daşınacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.